Neftçalada şəhid ailələri ziyarət edilib
Neftçala, 18 may, Mahir Babayev, AZƏRTAC
Neftçala Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Vətən müharibəsinin şəhidi Məhəmməd Kərimlinin anası Gülşən Kərimova və 2018-ci ildə şəhid olmuş İbrahim Mənəfovun anası Yasəmən Mənəfova ilə birlikdə Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid anaları və Mərkəzin əməkdaşları Vətən müharibəsində Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhadətə yüksəlmiş şəhid Süleymanov İsmayıl Kamal oğlunun, Füzuli uğrunda gedən döyüşlərdə şəhadətə yüksəlmiş şəhid Süleymanov Rauf Allahverdi oğlunun, Hüseynov Pəncalı Bəhman oğlunun və Nəcəfov Bəhruz Əli oğlunun ailələrinə baş çəkiblər.