Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nəriman Nərimanov və “Nəcəfə məktub”

Nəriman Nərimanov və “Nəcəfə məktub”

Bakı, 14 aprel, AZƏRTAC

Yaşadığımız ilin əvvəllərində ölkə rəhbəri xalqımızın mədəniyyəti və mənəviyyatının formalaşmasında, ictimai şüurunun dərinləşməsində xidməti olmuş insanlarımızın xatirəsinə hörmətini bir daha ifadə etdi. “Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 14 fevral tarixli Sərəncamı hamı tərəfindən yüksək qiymətləndirildi.

Nominal siyasi müstəqillik illərində, Nəriman Nərimanovun az qala yarım əsrlik müddətində dövlət ideologiyası üçün “arzuolunmaz şəxs” statusunda olduğu zamanlarda, ötən əsrin 70-ci illərinin əvvəllərində o zamankı Azərbaycanın siyasi rəhbəri, ümummilli lider Heydər Əliyevin yazıçı və publisist, görkəmli dövlət xadiminin siyasi reablitasiyası göstərdiyi səylər artıq tarixdir.

Bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynovanın AZƏRTAC-a təqdim etdiyi "Nəriman Nərimanov və “Nəcəfə məktub” sərlövhəli məqaləsində yer alıb. Məqaləni oxuculara təqdim edirik.

Məlumatın genişliyi və içindən gələn yanğı və böyük Sovet İttifaqında getdikcə artan nüfuzu Ulu Öndərə imkan verdi ki, N. Nərimanovun özünün vaxtında, həm də ondan sonrakı dövrdə ona qarşı baş qaldırmış böhtan və uydurmaları puça çıxara bilsin. Əlbəttə, bunların arxasında ardıcıl və gərgin zəhmət, Moskvadakı ali partiya və dövlət adamlarını məntiqin gücü, faktlar ilə inandırmaq üçün Heydər Əliyev fonemeninin ortaya qoyduğu arqumentlər lazım gəlirdi. Nəhayət, bütün bu müqavimətləri, ciddi təzyiqləri aradan qaldıraraq anadan olmasından rəsmən iki il sonra, 1972-ci il iyunun 22-də N. Nərimanovun 100 illiyi təntənəli şəkildə keçirildi. Bakıda təntənəli yığıncaq keçirildi. N. Nərimanovun həyat və fəaliyyəti haqqında Heydər Əliyev məruzə etdi. Heydər Əliyev özünün məruzəsində onun Azərbaycan tarixində xidmətlərini, XX əsr ictimai fikir tarixinin görkəmli nümayəndəsi kimi rolu və mövqeyini elmi şəkildə əsaslandırdı, böhtan və iftiraları bir daha puça çıxardı. Bakının görkəmli yerində N. Nərimanovun əzəmətli abidəsi ucaldıldı.

Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində 1979-cu ildə Ulyanovsk şəhərində də N.Nərimanovun böyük abidəsi ucaldıldı. Heydər Əliyev Ulyanovskda abidənin təntənəli açılışında çıxış etdi. Şəhərin böyük bir prospektinə Nərimanovun adı verildi.

Ümummilli Liderimizin Nəriman Nərimanovun anadan olmasının 100 illiyi münasibətilə tədbirdəki çıxışında “Azərbaycan xalqının görkəmli oğlu”- deyərək təqdim etdiyi Nərimanovla bağlı fikirləri az qala 50 il müddətində ölkənin ən ali tribunasından onun barəsində ilk dəfə deyilən xoş sözlər və ona verilən qiymət idi. Bu, Bakı şəhərində Nəriman Nərimanova möhtəşəm abidənin ucaldılmasından sonra Azərbaycandakı sovet hakimiyyəti tarixində atılan cəsarətli addımlardan biri idi. Həmin addımlar bir daha Heydər Əliyevinin masştablı və ardıcıl fəaliyyətinin real nəticəsi oldu.

O tarixi faktı yada salaq ki, Bakı şəhərində ilk qiraətxananın açılışı Nəriman Nərimanovun adı ilə bağlıdır. Bu şəhərin Nəriman Nərimanovun ədəbi taleyində müstəsna rol oynadığını qeyd etməklə yada salaq ki, onun böyük ədəbiyyata gəlişi, “Nadanlıq”ın yazılması da elə bu şəhərlə bağlı oldu. Yeri gəlmişkən, gənc yazıçının, gələcəyin siyasətçisi və dövlət xadiminin cəmiyyətin ümumi bəlasının kökünə gedib çıxan axtarışlarının yeganə cavabı da onun “Nadanlıq” pyesində verilirdi: Nəriman Nərimanov cəmiyyət üçün bütün fəlakətlərin mənbəyi olaraq onları görürdü- cəhalət və nadanlığı. Yazıçı ona da əmin olduğunu gizlətmirdi: həmin cəhalətin və nadanlığın fakt olaraq ortaya çıxması bilavasitə elmsiz, təhsilsizliklə bağlıdır. Nəriman Nərimanovun əsərlərində axtardığı sualların çeşidi və miqyası böyük idi, təbii ki, həmin sualların cavabını o, Azərbaycan ədəbiyyatında tarixi faciənin ilk nümunəsi olan “Nadir Şah” faciəsində tapdı. Sonralar, xalq üçün, onun xoşbəxt gələcəyi üçün həsr etdiyini fikirləşdiyi mənalı ömrünün bitməsinə az, cəmi iki ay qalmış vur-tut 6-ca yaşı olan yeganə oğluna ünvanladığı, əslində, gələcək nəsillərə üz tutduğu “Oğlum Nəcəfə məktub”unda cavab tapmadığı yeganə sualı verirdi: "1895-ci il yanvarın 15-də Bakıda Tağıyev teatrında ilk dəfə mənim “Nadanlıq” pyesim tamaşaya qoyuldu. Həmin günü mən ədəbi işimin başlanğıcı hesab edirəm. Bu gün 1925-ci il yanvarın 28-də həmin hadisədən 30 il keçir. Dostlarımdan bəziləri bunu bilib həmin günü qeyd etmək istədilər. Onlardan teleqramlar alınmışdır... Əlbəttə, əgər ciddi düşünsən, demək olar ki, mən heç bir şey etməmişəm. 30 il! Bu müddət ərzində bəzi şeylər etmək olardı. Həmin müddəti mənim bu illərdə yazdıqlarımla müqayisə etdikdə utanmalı olursan... Digər tərəfdən isə həmin vaxtı təsəvvür etdikdə, bütün şəraiti, həyatımın keçdiyi dolanbac yolları nəzərə aldıqda, bir şeydə təskinlik tapırsan ki, az da olsa bir iş görülüb. Məni əhatə edən mühit, bu mühitin geriliyi, irəliyə hərəkətindəki ətalət, ətrafımızdakı həyat təzahürlərinə soyuq münasibət, millətlər arasında gedən mənasız çəkişmələr, buradan da doğan iztirablar: qan, göz yaşları, yoxsulluq, yalan və bir sıra başqa şeylər, bunlar mənə rahatlıq verməyib, mənim yazdıqlarım bütün bunları göstərir. Bəlkə də bu, çox sönük, bədiilikdən uzaq, bacarıqsızlıqla təsvir olunub, mənim öz qüvvə və məkanlarım daxilində yazılarım göstərir ki, mən bir çoxları kimi ətraf mühitə laqeyd qala bilməzdim, mənim qəlbim sakit deyildi, mən istəyirdim və cəhd edirdim ki, bəşəriyyətə heç olmazsa bir xeyir verim. Bu və yalnız bu, mənə bir qədər təskinlik verir ki, 30 il ərzində ictimai sahədə işləmişəm. Əgər öz işimlə heç olmazsa on nəfəri həmin “xəstəliyə” yoluxdurmağa nail olmuşamsa, deməli, mən, mənim şüurum o mənada sakit olar ki, mən hədər yerə yaşamamış, bu geniş, lakin darısqal dünyada bir guşə tuta bilmişəm...”.

Bunları Nəriman Nərimanov ölümündən cəmi iki ay əvvəl yazırdı. Ömrünü yaşadığı cəmiyyətə və mənsub olduğu xalqa həsr edən, öz ölümünün nəfəsini, onun soyuqluğunu beş addımlığında hiss edən yazıçı “Nadanlıq”da ortaya qoyduğu, ictimai müzakirə tələb edən problemləri bir daha qabardır, “Məni əhatə edən mühit, bu mühitin geriliyi, irəliyə hərəkətindəki ətalət, ətrafımızdakı həyat təzahürlərinə soyuq münasibət, millətlər arasında gedən mənasız çəkişmələr, buradan doğan təzahürlər”dən şikayətlənirdi.

“Əziz oğlum Nəcəf! Əgər hələ yaşamaq qismətim varsa, mən səni elə hazırlamağa çalışacağam ki, sən bəşəriyyət üçün daha çox iş görəsən. Lakin əgər mən əbədi məzara tez köçməli olsam, təvəqqe edirəm başqaları üçün daim əzab çəkən atan qədər kiçik bir iş görəsən.

... Əziz oğlum! Əgər mənim həyatımı araşdırsan, sən əmin olacaqsan ki, mən 1925-ci ilədək başqaları üçün yaşamışam. Bəs sonra? Sonra belə də davam edəcək. Məhz belə ictimai fəaliyyətdə mən təskinlik tapıram, xüsusilə ona görə ki, hazırda Rusiyadakı quruluş mənim mənəvi aləmimlə uyğun gəlir.

Mən insanın insan tərəfindən istismarının əleyhinəyəm. Mən bütün varlığımla harada olursa-olsun köləliyin əleyhinəyəm. Mən bəşəriyyətin tezliklə azadlığa çıxması, nadanlıqdan, habelə köləlikdən azad olması yollarını axtarırdım. Mən sosial-demokrat idim, lakin bu təşkilat getdikcə daha çox idealdan uzaqlaşır. Mən bolşeviklərin proqramını xüsusi inamla qəbul etmişəm, belə ki, mən bunda öz məramımın: dünyada köləliyin məhvinin həyata keçməsini görürdüm”.

Siyasi xadim Nəriman Nərimanov “Oğlum Nəcəfə məktub” kimi yazdığı vəsiyyətnaməsində 6 yaşlı Nəcəfə üz tutub gələcəyə səslənir, onlara, əslində, bərqərar olmasında özünün də bütün daxili inamı və həmin inamın verdiyi güclə iştirak etdiyi yeni qurulmuş hakimiyyət modelinin mahiyyətini açıb göstərir. Bu, siyasi baxışların cəmiyyət üçün təklif edərək həyata keçirdikləri yeni bir ictimai münasibətlər və həmin ictimai münasibətlərin formulasıdır. Artıq Nəriman Nərimanov bu formulanın nə qədər mürəkkəb kombinasiyalarla qurulmuş sadə bir illüziya piramidası olduğu qənaətində idi və artıq nəinki həmin piramidanın strukturunda vacib və əsas komponentlərdən olan xalq, habelə, onun başında dayananlar belə “xoşbəxt gələcəyin” əl çatmaz, ayaq dəyməz qədər uzaqlıqda olacağının fərqində idi. Əslində, hesab edirik ki, “Oğlum Nəcəfə məktub” siyasət aləminə girmiş və onun yüksəkliklərinə qədər qalxa bilsə də qəlbən “hakimiyyət” üçün kara gəlmədiyini etiraf edən yazıçı Nəriman Nərimanovun ədəbi janrın formalarına müraciət etmədən qələmə aldığı sənət nümunəsidir. Bu sənət nümunəsində o, həyatın mənasını şərtləndirən amillərin nədən ibarət olması barədə suallara cavab verməyi qarşısına məqsəd qoyur: “Mənim əziz Nəcəfim! Hakimiyyət dalınca qaçma, çünki o, adamı korlayır. Əgər sən adamı tanımaq, onun bütün daxili aləmini bilmək istəyirsənsə, həmin adamı bir müddət vəzifə başına qoy. Həmin adam bütün bacarığını və nöqsanlarını büruzə verəcəkdir. Buna görə də əgər sən kütləni müvəffəqiyyətə, aldatmadan, öz arxanca aparmağa hazır deyilsənsə yaxşısı budur, bu işdən imtina et... əgər kütlə (fəhlələr və kəndlilər) sənə qiymət qoyurlarsa, sənin hakimiyyət başında qalmağını labüd hesab edirlərsə, sənə inanırlarsa və bu inamla əlaqədar ümumi işə müəyyən mənfəət verəcəksənsə, onda imtina etmə. Əgər sən zərrə qədər də olsa hiss etsən ki, səni seçməyə kimsə məcbur edir, onda imtina et. Əks halda sən nəinki kütlənin, hətta öz qarşında da ləyaqətini itirərsən. Hər dəfə dərk edəndə ki, səni hakimiyyətə qabiliyyətin üçün deyil, məcburən təyin etmişlər, onda sən daim vicdan əzabı çəkəcək, öz mənliyini təkcə kütlə qarşısında deyil, habelə öz qarşında da itirəcəksən”.

Bu, tarixən insanların can atdığı, hətta özü, öz hissləri və şəxsiyyətininin hara qədər deqradasiyaya uğradığının və ya uğraya biləcəyinin belə fərqində olamyaraq ora, “xoşbəxtlik gətirəcək” məqsədə gedib çıxmış məqamda qəfil çıxan boşluğun yaratdığı depressiyanın təsviri deyil. “Məktub”un verdiyi qənaət belədir: “Öz mənliyini kütlə qarşısında deyil, habelə öz qarşısında itirmək” reallığının yaratdığı seçim məqamıdır: ya bu cür davam etməlisən, ya da səni gözləyən bütün mərhumiyyətlərin ağrı-acısını bilərəkdən Özünə qayıtmalısan. Belə bir olduqca çətin dilemma qarşısında dayanan insan üçün çıxış yolu var, necə deyərlər, tövbə qapısı həmişə açıqdır. Həmin qapının astanasındakı tərəddüdləri aşmaq üçünsə bircə an lazımdır: “Sənin dünyagörüşündəki sonrakı pozulma məhz buradan başlayacaqdır. Bu, ictimai xadimin həyatında ən qorxulu andır. Bütün bunlara o vaxt dözmək olar ki, sən sərbəst həyata hazır olasan. Bu nə deməkdir? Sənə aydın olmaq üçün mən öz həyatımdan misal gətirmək istəyirəm. Sən artıq bilirsən ki, mən 30 yaşında kamal attestatı imtahanı vermişəm ki, universitetə daxil olum. Lakin sonra mən hara daxil olum? - sualı qarşısında durdum. Həyatımın bütün şəraiti və yaşım məcbur edirdi ki, tezliklə universitet təhsili alım. Ona görə də elə fakültə seçmək lazım idi ki, az vaxt tələb etsin. Mənim qarşımda belə bir sual dururdu: hüquq fakültəsinə (o vaxtlar o asan fakültə hesab olunurdu) və ya təbiət fakültəsinə (burada 4 il oxumaq lazım idi). Həmin fakültələri bitirdikdən sonra ayrı-ayrı şəxsiyyətlərdən və idarələrdən asılı vəziyyətinə düşmək olardı. Ona görə də mən onlardan imtina edib tibb fakültəsinə daxil oldum ki, həyatımda başqalarından az asılı olum. Bu, bir səbəb idi. Digəri: Sənin nənən və mənim anam Həlimə ürəyi yumşaq, sadə qadın idi. O, ehtiyacda olanlara yardım edir, xəstə qonşulara qayğı göstərir, bir parça çörəyi onlarla bölürdü və s. Uşaq yaşlarından mən bütün bunları görürdüm və bunlar mənə təsir edirdi... Ona görə də tibb fakültəsində oxumaq müddətinin uzun olması və çətinliyinə baxmayaraq mən həmin fakültəyə daxil olmağı qərara aldım ki, ayrı-ayrı şəxsiyyətlərdən və idarələrdən asılı olmayıb daha artıq mənəvi zövq alım..."

Nəriman Nərimanov bunları, “Oğlum Nəcəfə məktub”u yazanda hələ ki, Rusiyada yaşannmış “qırmızı terror” 1922-ci ildə elan edilmiş, bolşevizmin işğalına uğramış “müstəqil” dövlətlərin “könüllülük əsasında” yaranmış ittifaqına, SSRİ-nin bütün bölgələrinə tətbiq edilməmişdi. Onda 1925-ci ilin yanvarı idi, Nəriman Nərimanovun müşahidə etdiyi, ancaq miqyasını təsəvvür belə etmədiyi Stalin repressiyalarının başlanmasına on il qalırdı və iliyinə qədər əqidə adamı olan kəs ağlına belə gətirə bilməzdi ki, xalq adından qurulmuş hakimiyyət nə qədər qanlı cinayətlərin müəllifi ola bilər. Üstəlik, MİK-in, İttifaq dövlətində icra hakimiyyətinin əsas fiqurlarından birinin, ruhən beynəlmiləçi olan Nəriman Nərimanovun “millətçi” damğası ilə yaddaşlara yazdırmaq istəyi də qətiyyən onun ağlına gəlməzdi, ona görə ki, ağlasığan perspektiv deyildi. O da perspektivdə deyildi ki, 20-ci illərin əvvəllərindən bolşeviklər partiyasının, sonralar Sovet İttifaqı Kommunist Partiyası olacaq qurumun rəhbərliyinə gələn İosif Stalin Azərbaycandan levon mirzoyanların, yaxud əliheydər qarayevlərin Mərkəzə ötürdükləri danosları “əsas götürərək” Nəriman Nərimanovu millətçilikdə ittiham edəcək və Stalinin həmin ittihamı əsrin yetmişinci illərinə qədər davam edəcək.

Bunlar, artıq, tarixdir və biz də Onun yaratdığı tarixə ekskurs etdik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanla Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının əməkdaşlıq məsələləri müzakirə olunub

Parlament Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib

Milli Məclis Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Katibliyi haqqında sazişi təsdiqləyib

Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram

“Bakı Metropoliteni” QSC: “Sabah”ın matçı ilə əlaqədar Qırmızı xətdə iş rejimi dəyişdiriləcək

Kənd təsərrüfatı məhsulu istehsalı 1,1 faiz artıb

Laos Prezidenti: Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar

® “Bir” rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib

® PAŞA Holding tərəfindən təşkil edilən “Əlaçı” Təqaüd Proqramının 2026-2027-ci tədris ili üçün açılış tədbiri keçirilib

ÜST epidemioloji təhlükələrin vaxtında aşkarlanmasını hədəfləyən yeni strategiya elan edib

Sənaye sektorunda 51,2 milyard manatlıq məhsul istehsal edilib

Beynəlxalq Təbii Fəlakət Risklərinin Azaldılması Günü qeyd olunur

Azərbaycanda ÜDM istehsalı 1,5 faiz artıb

Gürcüstan və Özbəkistan rəsmiləri Orta Dəhlizin perspektivlərini müzakirə ediblər

Beynəlxalq Valyuta Fondu: Bu il qlobal iqtisadi artım cəmi 3,1 faiz olacaq

Tozsoran və soyuducular da hakerlərin hədəfində: minlərlə cihaz uzaqdan idarə oluna bilər

İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclasına dair memorandum təsdiqlənib

Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb

“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb

Gürcüstanın xarici ticarət dövriyyəsi 9,2 faiz artıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 13 oktyabr

Azərbaycan Prezidenti: Laos bizim üçün dost ölkədir

Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb

Vüsal Xəlilov: Ani Ödənişlər Sisteminin genişləndiriləcək və fintexlər üçün yeni imkanların yaradılacaq

BMT-nin ekspertlərindən xəbərdarlıq: Sudanda aclıq təhlükəsi artır

Azərbaycanla Qlobal Cənub ölkələri arasında siyasi və iqtisadi əməkdaşlığın perspektivləri – ŞƏRH

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK

Prezident: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir

İtaliyanın Baş naziri yanacağın qiymətlərinin artması ilə bağlı Avropa İttifaqı rəhbərliyinə müraciət edib

Lənkəranda ər arvadını və azyaşlı oğlunu bıçaqlayıb

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Oxfam Fransanı məhkəməyə verməyə hazırlaşır

İcraçı direktor: Türkiyə ilə Azərbaycanın maliyyə texnologiyaları sahəsində əməkdaşlığının genişləndirilməsi vacibdir VİDEO

İcraçı direktor: Türkiyə ilə Azərbaycanın maliyyə texnologiyaları sahəsində əməkdaşlığının genişləndirilməsi vacibdir VİDEO

Azərbaycan Prezidenti: Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir

Tolerantlıq həyat tərzimiz, təhsil isə milli təhlükəsizliyimizin təminatıdır - Coşqun Məmmədov

Gürcüstan Müdafiə Qüvvələrinin sayı gələn il 37 min nəfər olacaq

Prezident İlham Əliyev: Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək

Banklar Assosiasiyasının prezidenti: Türk dövlətlərinin maliyyə infrastrukturlarının qarşılıqlı inteqrasiyası strateji vəzifələrdəndir VİDEO

Banklar Assosiasiyasının prezidenti: Türk dövlətlərinin maliyyə infrastrukturlarının qarşılıqlı inteqrasiyası strateji vəzifələrdəndir VİDEO

Milli Məclisin sədri: Parlamentin üzvləri kimi dövlətimizin möhkəmləndirilməsinə kömək göstərməliyik

Qara dəniz sahillərində gəmillərə endirilən hava zərbələri nəticəsində Azərbaycan vətəndaşları xəsarət alıblar

Milli İncəsənət Muzeyində ilin sonunadək bir sıra mühüm sərgilər açılacaq

Səudiyyə Ərəbistanı paytaxtının hava limanı bu həftə bağlı qalacaq

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib YENİLƏNƏCƏK

“Layihə idarəetməsi” modulu üzrə təlimlərə başlanılıb

Azərbaycan Banqkokda beynəlxalq ipək sərgisində təmsil olunur

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNƏCƏK

Zakir Nuriyev: Yarım ildə ölkədaxili nağdsız ödənişlər 14,5 faiz artıb VİDEO

Zakir Nuriyev: Yarım ildə ölkədaxili nağdsız ödənişlər 14,5 faiz artıb VİDEO

Cənubi Azərbaycan folklorunun aktual problemlərinə dair seminar təşkil edilib

Baş katib: OPEC neft tələbatının artım proqnozunu sutkada 400 min barelə endirib

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib

Şirin Məlikova: Yeni kitabların nəşrini planlaşdırırıq

Buxarada “Azərbaycan mədəniyyəti: Ədəbiyyat və sənət həftəsi” çərçivəsində konsert təşkil edilib VİDEO

Buxarada “Azərbaycan mədəniyyəti: Ədəbiyyat və sənət həftəsi” çərçivəsində konsert təşkil edilib VİDEO

Fransada yükdaşıma şirkətləri dizelin bahalaşmasına etiraz edir

Milli Məclisdə 13 məsələnin müzakirəsinə başlanılıb

Naxçıvanda vergiödəyicilərinin sayı 7 faizədək artıb

Vüsal Xəlilov: Açıq bankçılıq finteklər üçün yeni imkanlar yaradır VİDEO

Vüsal Xəlilov: Açıq bankçılıq finteklər üçün yeni imkanlar yaradır VİDEO

Baş məşqçi: Slovakiya klubu ilə matçda daha yaxşı oyun göstərməyə çalışacağıq

OPEC+: İran müharibəsi neft daşımalarının xərcini rekord həddə çatdırıb

Səhiyyə Nazirliyində “Vətəndaş qəbulu” tam rəqəmsallaşıb

Azərbaycanın iki klubu FIBA Avropa Kubokunda növbəti oyunlarına çıxırlar

Politoloq: MDB-yə sədrliyin 2028-də Azərbaycana keçməsi üzv dövlətlər üçün mühüm fürsət olacaq

Mərkəzi Bank: Ani ödənişlər sistemində gündə 1 milyon əməliyyat keçirilir VİDEO

Mərkəzi Bank: Ani ödənişlər sistemində gündə 1 milyon əməliyyat keçirilir VİDEO

Azərbaycanda vergiödəyicilərinin sayı 4,6 faiz artıb

Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub VİDEO

DİN: Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

Məktəblərdə vahid geyim forması: dünyəvilik, sosial bərabərlik və tolerantlıq prinsipləri

Azərbaycanın FIFA referisi “Roma” - “Real Madrid” oyununu idarə edəcək

İqor Ponomaryov: Düşünürəm ki, futbolçular bu dəfə daha inamlı çıxış edəcəklər

Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib

Daha bir qrup ukraynalı uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaq üçün ölkəmizə gətirilib

Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub VİDEO

Fransa Hind okeanında “kölgə donanması”na qarşı əməliyyat keçirib, neft tankeri saxlanılıb

BMT Baş Assambleyasında pandemiya bəyannaməsi qəbul edilib

"ASAN xidmət"in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir

Asiya İnkişaf Bankı “Bakı Metropoliteni” QSC-yə 302 milyon dollar kredit ayırıb

Bu ilin ilk 8 ayında əhaliyə 65 milyondan çox tibbi xidmət göstərilib

Bakıda türk dövlətlərinin maliyyə və fintex sektoruna dair müzakirələr aparılır VİDEO

Bakıda türk dövlətlərinin maliyyə və fintex sektoruna dair müzakirələr aparılır VİDEO

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya qarşı

® ABB-nin təşkilatçılığı ilə Beynəlxalq Risk Forumu keçiriləcək

NATO təliminin iştirakçıları üçün ekskursiyalar təşkil olunub

Ağdam Sənaye Parkında un istehsalı layihəsi həyata keçiriləcək

Hakim vəzifələrinə təyin olunmuş prokurorluq əməkdaşlarına fəxri fərmanlar təqdim edilib

Azərbaycanın logistika imkanları İzmirdə təqdim olunub

Xaçmazlı və qusarlı məzunlar Prezident təqaüdçüsü oldular

Bakıda növbəti “Xarici Siyasət Proqramı” təşkil olunub

AZAL 9 ayı artım və beynəlxalq nailiyyətlərlə başa vurub

Türkiyədə Ankaranın paytaxt elan edilməsinin 103-cü ildönümü qeyd olunur

NİİM-dən motosiklet və skuter idarə edənlərə xəbərdarlıq VİDEO

NİİM-dən motosiklet və skuter idarə edənlərə xəbərdarlıq VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Azərbaycan güləşçisi U-23 dünya çempionatının finalına vəsiqə qazanıb

Neft ucuzlaşır VİDEO

Neft ucuzlaşır VİDEO

Sumqayıt, Ağdaş və Göyçayın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

“Sabah” Çempionlar Liqasında “Slaviya” ilə qarşılaşacaq

Azərbaycan nefti 131 dollara satılır VİDEO

Azərbaycan nefti 131 dollara satılır VİDEO

BDYPİ-dən sürücülərə xəbərdarlıq: Dəmir yolu keçidləri təhlükəli yol sahəsidir! VİDEO

BDYPİ-dən sürücülərə xəbərdarlıq: Dəmir yolu keçidləri təhlükəli yol sahəsidir! VİDEO

Xarkov şəhərinə intensiv hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var VİDEO

Xarkov şəhərinə intensiv hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var VİDEO

Pakistanda qatarın relsdən çıxması nəticəsində beş nəfər ölüb

“44” bədii filmi ilə bağlı mətbuat konfransı təşkil olunub