NƏSİMİ RAYON MÜHAFİZƏ POLİS İDARƏSİNDƏ XEYİRXAH AKSİYA
AZƏRTAC xəbər verir ki, Ümumdünya Qan Donoru günü münasibətilə iyunun 13-də Nəsimi Rayon Mühafizə Polis İdarəsində qanvermə aksiyası keçirilmişdir.
Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən aksiyada idarənin 100-ə yaxın əməkdaşı iştirak etmişdir. Aksiya zamanı 30 litr qan toplanmışdır.
Götürülən donor qan və qan komponentləri müayinədən keçirilir, yararlı olub-olmadığı araşdırıldıqdan sonra bankda yerləşən xüsusi soyuducularda saxlanılır. Aksiyanın məqsədi hemofiliya və talassemiyadan, digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım göstərməkdir.
Xatırladaq ki, 2005-ci ildə dünya səhiyyə təşkilatının Baş məclisi hər il iyunun 14-nü Ümumdünya Qan Donoru günü kimi qeyd edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]