Nikaraquada peşəkar boks üzrə şou təşkil olunub
Bakı, 27 aprel, AZƏRTAC
Koronavirus pandemiyasının dünyada tüğyan etdiyi vaxtda Nikaraquada peşəkar boks üzrə şou təşkil olunub.
AZƏRTAC xəbər verir ki, paytaxt Manaquada keçirilən şouda 800 tamaşaçının iştirakına icazə verilib.
Yarış zamanı təşkilatçılar, hakimlər, aparıcılar və digər əməkdaşlar tibbi maskadan istifadə ediblər.
Arenanın girişində tamaşaçıların hərarəti yoxlanılıb, əlləri dezinfeksiya edildikdən sonra içəri buraxılıb. Boks azarkeşləri arenada sosial məsafə qaydalarına əsasən yerləşdirilib.
Şounun ən maraqla gözlənilən qarşılaşması yüngül çəki dərəcəsində Robin Zamora ilə Rimaro Blanko arasında revanş döyüşü olub. Hakimlərin yekdil qərarı ilə R.Zamora qalib elan edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:12]
Azərbaycan millisinin hücumçusu Madriddə əməliyyat olunub
- 11.06.2026 [15:05]
Neymar Braziliya millisinin dünya çempionatındakı ilk oyununu buraxa bilər
- 11.06.2026 [14:46]
Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
- 11.06.2026 [14:04]
Bakıda atletika üzrə ölkə çempionatı start götürəcək
- 11.06.2026 [13:18]
“Qarabağ” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb
- 11.06.2026 [13:11]
“Bayer” heyətinə yeni futbolçu cəlb edib
- 11.06.2026 [12:48]