Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nizami Gəncəvi poeziyası miniatürlərdə

Bakı, 30 yanvar, AZƏRTAC

Azərbaycan miniatürünün orta əsrlərə təsadüf edən duyulası inkişafında poeziyanın güclü rolu olmuşdur. Belə ki, onlar bir qayda olaraq həmin dövrlərdə bir neçə sənətkar tərəfindən ərsəyə gətirilən əlyazmalarını bəzəmişlər. Onların nəfis xətlə yazılmış poetik misralarla qovşağının həmin əlyazmalarına gətirdiyi bənzərsizlik danılmazdır. Bunu Şərq poeziyasının korifeylərinin əsərlərinə rəssamlar tərəfindən çəkilmiş saysız-hesabsız miniatürlər də təsdiqləyir. Doğrudan da XIII-XIX əsrlərdə xəttatlar tərəfindən üzü köçürülmüş əlyazmalarının bizim dövrümüzə gəlib çatmış nümunələri göstərir ki, rəssamların yaratdıqları bu ecazkar miniatürlər həmin əsərlərin bədii-estetik dəyərini duyulası dərəcədə artırmışdır. Odur ki, zamanında hökmdarların sifarişi ilə bir-neçə ilə hazırlanan belə kitab mədəniyyəti nümunələrinə malik olan muzey və şəxsi kolleksiyalar bu gün haqlı olaraq bu sahiblikdən qürur hissi keçirməkdədirlər. Onların arasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinə çəkilmiş miniatürlər xüsusi yer tutur.

AZƏRTAC Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ziyadxan Əliyevin “Nizami Gəncəvi İli” əlaqədar hazırladığı yazını təqdim edir.

Tədqiqatlar göstərir ki, onun “Xəmsə”nin müxtəlif əsrlərə aid edilən və səhifələri miniatürlərlə bəzədilmiş nüsxələrinə dünyanın ən müxtəlif ölkələrində rast gəlmək mümkündür. Həmin əlyazmalarındakı miniatürlər say etibarilə yalnız Firdovsinin “Şahnamə”sindən bir qədər azdır. Keçmiş SSRİ-nin və xarici ölkələrin muzey və şəxsi kolleksiyalarında 338 mövzu üzrə XIV-XIX əsrlərdə çəkilmiş 3500-ə qədər belə miniatür qorunur. Bu gün çoxsaylı rəssam duyumunu əks etdirən və məkansızlığa qovuşduqları birmənalı olan belə miniatürlərin onların yaradıcılarının adlarını zamansızlığa yazdıqları da danılmazdır.

“Xəmsə”yə daxil olan bütün poetik incilər rəssamların yaradıcılıqlarında yer alsa da, hesablamalar Yaxın Şərqdə didaktik-fəlsəfi şeirin ən yaxşı nümunəsi sayılan “Sirlər xəzinə”sinə nisbətən az müraciət olunduğunu təsdiqləyir. Bəzi tədqiqatçılar bunu poemanın həcmi ilə əlaqələndirirlər. Ancaq əsərdəki hər bir mənzum hekayənin nəsihət xarakteri daşıması rəssamlara şairin düşüncələrinin obrazlı tutumda ifadə etməyə imkan vermişdir. Bütünlükdə, əsərdəki 23 süjetə rəsmlər çəkilmişdir. Bununla belə, həmin hekayətlərin bəziləri rəssamların diqqətini daha çox cəlb etmişdir. Hökmdar və onu ədalətə səsləyən rəiyyətin qarşılaşdığı səhnə orta əsr miniatürçülərinin daha çox diqqətini cəlb etmişdir. Bağdad, Herat, İsfahan və Şiraz miniatür məktəbləri nümayəndələrinin çəkdikləri əsərlərdə xalqın haqq səsinin ifadəsi daha qabarıq göstərilmişdir. Sözsüz ki, onların arasında 1539-1543-cü illərdə üzü köçürülmüş “Xəmsə”yə (Londan, Britaniya muzeyi) çəkilmiş miniatür üslublu illüstrasiyalar özünün yüksək bədii məziyyətinə görə fərqlənir.

Yüksək bədii dəyərinə görə Azərbaycanla yanaşı, həm də Yaxın və Orta Şərq kitab mədəniyyətinin unikal nümunələrindən hesab olunan və məşhur xəttat Şah Mahmud Nişapurinin incə “nəstəliq” xətlə yazılmış əlyazmasını altı müəllifin çəkdiyi çoxsaylı miniatür bəzəyir. Onlardan dördünü Sultan Məhəmməd, qalanlarını isə onun yetişdirmələri olan Mirzə Əli, Müzəffər Əli, Mir Seyid Əli, eləcə də həmin dövrün tanınmış fırça ustaları sayılan Ağa Mirək və Mir Müsəvvir işləmişdir. 792 səhifədən ibarət olan əlyazmasını bəzəyən 17 miniatürdən 14-ü “Xəmsə”nin üzünün köçürülməsi ilə eyni vaxtda hazırlanmış, 3-ü isə əsryarım sonra XVII əsrdə Məhəmməd Zaman tərəfindən işlənmişdir.

Yaradıcılığı Azərbaycan təsviri sənətinin zirvəsi hesab olunan Sultan Məhəmmədin bu əlyazmasında yer almış dörd miniatürü ilk növbədə orijinal kompozisiya və obrazlı-dekorativ həlli ilə diqqət çəkir. Onlardan biri “Sirlər xəzinəsi”nə çəkilmiş “Sultan Səncər və qarı” miniatürüdür. Hökmdarla ondan narazı olan kasıb təbəqənin nümayəndəsini qarşılaşdıran şairin vurğuladığı problemə əyanilik gətirən rəssam, nisbətən işıqlı fonda təqdim olunmuş bu qarşılaşmanın cəlbediciliyinə və təsirli bədii tutum almasına nail olmuşdur.

Sultan Məhəmmədin “Xosrov və Şirin” poemasına çəkdiyi miniatürdə isə Xosrovun çimən Şirini seyr etməsi təsvir olunub. Etiraf edək ki, Sultan Məhəmmədin “Xəmsə”yə çəkdiyi bu motiv özünün bədii-estetik dəyərinə görə başqalarından çox fərqlənir. Şərq incəsənətində çox geniş yayılan və rəssamların da dəfələrlə müraciət etdikləri bu motivə onun bədii münasibəti dolğunluğu və özünəməxsusluğu ilə göz oxşayır.

Miniatürdə atlı Xosrovun yad baxışı altında özünün çılpaqlığını gizlətməyə çalışan Şirinin həyəcanı qabarıq göstərilib. Bununla belə, insan təsvirlərini təbiətlə əlaqəli şəkildə təqdim edən müəllif, son nəticədə motivin duyulası dərəcədə lirik tutum almasını şərtləndirmişdir. Kompozisiyanın şaşırdıcı görkəm almasında miniatür üslubunu səciyyələndirən rəng şuxluğunun qabarıqlığı və forma-biçim həllinin dekorativləyə bələnməsinin duyulası təsiri olmuşdur.

Sultan Məhəmmədin bu əlyazmada yer almış digər iki əsər isə “Yeddi gözəl” poemasına çəkilmiş “Bəhram Gur ovda” və “Peyğəmbərin meracı” illüstrasiyalarıdır. Əvvəlki iki miniatürdən fərqli olaraq bu qrafika nümunələrində kompozisiyaların duyulası dinamikliyinə nail olan böyük sənətkar, miniatür üslublu Şərq rəngkarlığının çox geniş bədii ifadə potensialına malik olduğunu təsdiqləmişdir.

Mirzə Əli bu əlyazmasına iki miniatür üslublu illüstrasiya çəkmişdir. Rəssamın çəkdikləri üslub baxımından onun ustadının əsərlərindən fərqli olmaqla özündə Şapurun Xosrovun portretini Şirinə göstərməsi və Xosrovun musiqiçi Bərbədin musiqisini dinləməsi səhnələrini əks etdirir.

Mir Müsəvvirin “Sirlər xəzinəsi”nə çəkdiyi “Ənuşirəvan və bayquşların söhbəti” miniatüründə şairin söylədiyi ibratamiz tutumlu əhvalata orijinal biçimli kompozisiyada cəlbedici əyanilik gətirmişdir. Kompozisiyanı təşkil edən şah və vəzirin, eləcə də heyvanların və bayquşların təsvirləri mənzərə ilə sıx əlaqədə verildiyindən miniatür çox cəlbedici baxılır.

Ağa Mirəkin “Xosrov və Şirin” ünvanlı çoxfiqurlu illüstrasiyası “Şapurun Arandan qayıtması” adlanır. Süjeti XVI əsrdə yaşayıb-yaratmış bir çox Təbriz sənətkarları kimi şadyanalıq motivi daxilində əyaniləşdirən rəssam, həyatiliyi ilə göz oxşayan səhnə yarada bilmişdir. Onun digər - “Xosrov və Şirin qulluqçuların əhvalatlarını dinləyir” miniatürü də əvvəlki kimi nəqli mahiyyətli olmaqla, təsvirə gətirilən məkan və baş verənlər barəsində əhatəli bilgi vermək gücündədir.

Rəssamın üçüncü miniatürü isə Xosrova tac qoyulmasına həsr olunub. Digər iki əsər kimi kompozisiyasının mürəkkəbliyinə görə diqqət çəkən bu illüstrasiyada etnoqrafik əlamətlərin qabardılması ilə onun cəlbediciliyinə nail olunmuşdur. Rəssamın bu əlyazmasında yer alan dördüncü illüstrasiyası “Məcnun səhrada vəhşi heyvanlar arasında” (“Leyli və Məcnun” poeması) adlanır. Miniatürləri səciyyələndirən ifadə emosionallığının qabarıq duyulduğu əsərdə dahi aşiqin yaşantılarına çoxqatlı “bədii güzgü” tutulduğundan, Məcnunun fauna aləmi ilə ünsiyyəti duyğulandırıcı qəbul olunur.

Tədqiqatçılar əlyazmasındakı imzasız “İki aqilin yarışması” (“Sirlər xəzinəsi” poeması) miniatürünün də Ağa Mirək fırçasına məxsus olması qənaətindədirlər. Müəllif iki həkim rəqibin - Esxillə Evripidin yarışmasından qaynaqlanan dramatizmi qabarıq göstərmək əvəzinə, daha çox saray mühitinin ümumi görüntüsünü ön plana çəkməyə qərar vermişdir.

Müzəffər Əlinin əlyazmasındakı yeganə əsəri “Yeddi gözəl” poeması ilə bağlıdır. Onun çəkdiyi illüstrasiyada Bəhram Guru yabanı uzunqulaqları ovlayan vəziyyətdə görürük. Burada onun Fitnənin arzusu ilə oxla vəhşi heyvanın ayağını qulağına “tikdiyi” məqam bədii görkəm alıb.

Rəssamların “Leyli və Məcnun” poemasına çəkdikləri çoxsaylı rəsmlər əfsanəyə dönmüş məhəbbətlə Nizami poeziyası arasında obrazlı bir körpüyə bənzəyir. Əsərlərdə bəzən rəssamların mövzunun konkret poetik çərçivəsindən kənara çıxmaq, ona öz hiss və duyğularını əlavə etməklə daha da zənginləşdirmək meyili duyulmaqdadır. Bu mənada Təbrizli Mir Seyid Əlinin Britaniya əlyazmasında yer alan və “Məcnun Leylinin çadırı qarşısında” adlanan yeganə əsərinin adını çəkmək istərdik. Belə ki, bu miniatür psixoloji yaşantıların obrazlı ifadəsi ilə diqqət çəkir.

Tədqiqatçılar onu böyük məhəbbət dastanına həsr olunmuş ən uğurlu işlərdən hesab edirlər. Burada bir qarının zəncirlənmiş Məcnunu Leylinin çadırının yanına gətirməsi təsvir olunub. Çadırlardan heyrətlə onlara tamaşa edən qızların, Məcnunu daşa basan uşaqların, ona hürüşən itlərin, payız libası geymiş ağacların təsviri miniatürün təlqin etdiyi kədər notlarını daha da gücləndirmişdir. Sevgilisini görmək istəyi ilə dilənçi qiyafəsinə bələnən Məcnunun həsrət dolu vücuduna hopmuş ağrıları miniatürdə təsirli tutumda ifadə olunub.

Məhəmməd Zaman isə əlyazmasına sonralar daxil edilmiş üç - “Çiyni öküzlü Fitnənin pillələri qalxması”, “Bəhram Gurun əjdahanı öldürməsi” və “Bəhram Gur aylı gecədə bağda şahzadə ilə şam edir” miniatürlərini işləmişdir. Üslub baxımından digər miniatürlərdən fərqlənən bu əsərlərin estetikasında realizm ənənələrinə bağlılıq duyulmaqdadır.

Nizami Gəncəvi ünvanlı digər əlyazmalarda da “Xəmsə”nin daşıdığı dərin məna-məzmunu əyaniləşdirən çoxlu miniatürlərə rast gəlinir. Buxaralı Mahmud Müzəhhibin “Sirlər xəzinəsi” poeması ilə bağlı çəkdiyi əsərdə isə şərtiliyə daha çox üstünlük verilmişdir. Təbrizli Mir Müsəvvirin “Ənuşirəvan və bayquşların söhbəti”ndə zülmkar padşahın islahı, Mirzə Əlinin “İki aqilin yarışı” əsərində psixoloji emosiyaların təzadı ön plana çəkilmişdir.

Qeyd etmək lazımdır ki, “Sirlər xəzinəsi”ndən fərqli olaraq bizim dövrə “Xosrov və Şirin” poemasında tərənnüm olunan yüksək hisslərin obrazlı ifadəsi kimi qəbul olunan xeyli sənət nümunəsi gəlib çatıb. Belə ki, əsərin zəngin süjet xətti rəssamlara bir-birindən maraqlı lövhələr yaratmağa imkan vermişdir. Təkcə onu demək lazımdır ki, əsərdəki 75 ayrı-ayrı motiv poema qəhrəmanlarının məhəbbət tarixçəsini açıqlayır, Fərhadın sədaqətindən söz açır.

“Xosrovun çimən Şirini görməsi” epizodu poemanın ən çox fırçaya alınan məqamıdır. Ümumiyyətlə, bu səhnə “Xəmsə”nin 120 əlyazmasını bəzəyir. Onların ən qədimi 1420-ci ildə Şiraz sənətkarları tərəfindən işlənib, sonrakı illərdə digər miniatürlər yaradılıb. Onlardan biri İstanbulun Topqapı sarayında qorunan 19 miniatürlü “Xəmsə”ni (1481) bəzəyir. Bu motivin Bakıdakı Nizami muzeyində saxlanan nümunəsi də bədii məziyyətlərinə görə diqqət çəkir. “Şirin çimərkən Xosrovun ona tamaşa etməsi” illüstrasiyası ilk növbədə rəng həllinin orijinallığına və icra sənətkarlığının bənzərsizliyinə görə yadda qalır. Vaşinqtondakı Frir qalereyasındakı miniatür də yüksək icra sənətkarlığı ilə göz oxşayır.

“Xəmsə”nin dünyanın müxtəlif kitabxana və şəxsi kolleksiyalarında saxlanan 1405-1410, 1431, 1479, 1481, 1624, 1648, 1461 və 1481-ci illər nüsxələrində də motivin bir-birindən fərqli bədii şərhlərini görmək mümkündür.

Poemanın orta əsr miniatürçülərini ən çox cəlb etmiş epizodları bilavasitə Xosrovla bağlıdır. Sultan Məhəmmədin oğlu Mirzə Əlinin “Şapurun Xosrovun şəklini Şirinə göstərməsi”, “Xosrovun musiqiyə qulaq asması” Herat məktəbinin nümayəndəsi Mirək Nəqqaşın “Şirin Xosrovun şəklini alır”, təbrizli Ağa Mirəkin “Şapurun Xosrovun yanına qayıtması”, “Xosrovun taxta çıxması”, “Xosrov və Şirin xidmətçilərin nağılına qulaq asırlar” miniatürlərində saray həyatının dəbdəbəli təsviri əlvan boyalarla orijinal biçimli kompozisiyalarda əbədiləşib.

Orta əsr söz xiridarlarının əksəriyyətinin qələmə aldığı “Leyli və Məcnun” poemasının Nizami Gəncəvi yozumu da dəfələrlə rəssamlar üçün ilham qaynağına çevrilmişdir. Nakam məhəbbət dastanının ayrı-ayrı səhnələrinə yaddaqalan bədii görkəm verilmişdir. Başqa sözlə desək, eşq dərdini böyük səadət sayan, onu hər şeydən yüksək tutmağı bacaran Məcnunun ağrıları “Məcnun Kəbədə”, ayrılığın alovu, aşiqin ürək iztirabları “Məcnun səhrada” miniatürlərində böyük sənətkarlıqla göstərilmişdir. Bu motivlər müxtəlif miniatür məktəblərində, o cümlədən də şirazlı rəssamların yuxarıda adları çəkilən əsərlərində daha maraqlı bədii həllini tapıb.

“Yeddi gözəl” poemasına həsr olunmuş “Bəhram Gur Fitnə ilə ovda” əsərində (müəllifi Müzəffər Əli) hökmdarın Gurun dırnağını qulağına tikdiyi an əks olunub. Qeyd etmək lazımdır ki, bu süjet təsviri və dekorativ-tətbiqi sənətin müxtəlif növlərində də geniş yayılıb. Öküzü çiyninə almış Fitnənin pillələrlə qalxması səhnəsi də rəssamların diqqətini çox cəlb edən motivlərdəndir. Demək olar ki, əlyazmalarının əksəriyyətində ona rast gəlinir.

“Bəhram Gurun əjdahanı öldürməsi” anı Behzad, Qasım Əli, Talıb, Məhəmməd Zaman və digər sənətkarlar tərəfindən həm klassik miniatür estetikasına müvafiq, həm də Avropa rəssamlığına yaxın - “Qacar üslubu”nda bədii görkəm alıb.

İstanbulun “Topqapı sarayı” muzeyində saxlanılan “Xəmsə”ni (XIV-XVI əsrlər), Sankt-Peterburqda Saltıkov-Şedrin adına kütləvi kitabxanadakı əlyazmasını (XVI əsr) Bəhramın gözəllərlə kef məclisini əks etdirən zəngin kompozisiyalı miniatürlər bəzəyir.

“İsgəndərnamə” poeması mürəkkəb süjetinə görə təsvir üçün də geniş imkanlar açmışdır. İsgəndərin çobanla söhbəti, ölüm ayağında olan Dara ilə görüşü, Nüşabə ilə qarşılaşması səhnələri özünün məna-məzmun yükünə görə müxtəlif duyğular aşılayır. Bakıda, İstanbulda, Parisdə, Berlində, Düşənbədə saxlanan əlyazmalarında həmin anlar maraqlı təsvir vasitələri ilə təcəssüm tapıb.

Yuxarıda adları çəkilən miniatürlərin, demək olar ki, əksəriyyəti Azərbaycandan uzaqlarda - dünyanın nüfuzlu muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır. Lakin Bakı muzeylərində, o cümlədən də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində, Azərbaycan Milli İncəsənət Muzeyində, Milli Azərbaycan Tarix Muzeyində və M.Füzuli adına Əlyazmalar İnstitutunda qorunan çoxsaylı əlyazmalarında da özünəməxsus estetikaya malik əsərlər mövcuddur. Onların arasında müstəqil şəkildə ərsəyə gətirilmiş miniatürlər də çoxluq təşkil edir. Onların əksəriyyəti bu vaxta qədər tədqiqata cəlb edilmədiyindən, geniş ictimaiyyətin onlardan xəbəri olmayıb.

Təkcə vaxtilə M.F.Axundzadənin kolleksiyasında olan və hazırda Əlyazmalar İnstitutunda qorunan “Xəmsə”ni 18 miniatür bəzəyir. 1627-ci ildə üzü köçürülmüş bu əlyazmasındakı illüstrasiyaların bədii həllində naməlum müəllifin Təbriz miniatür məktəbi estetikasına tapındığı qabarıq duyulur.

Nizami muzeyindəki miniatürlərin əksəriyyəti müəyyən əlyazmasını bəzəməyib, müstəqil formalı qrafika nümunələridir. Zamanında ayrı-ayrı şəxslərdən satın alınaraq muzeyin fondlarına daxil edilmiş bir neçə miniatür “İsgəndərnamə” poemasına çəkilmişdir. Onların daxilolma tarixinin 1939-1940-cı illərə təsadüf etməsi göstərir ki, əsərlər şairin 800 illik yubileyinin keçirilməsinə hazırlıqla əlaqədar - Bakıda yeni yaradılan Nizami muzeyinin ekspozisiyası üçün alınmışdır. “İsgəndərin müşavirəsi”, “Makedoniyalı İsgəndərin Nüşabənin sarayına gəlməsi”, “Bəhram Gurun əjdaha ilə vuruşması”, “Bəhrəm Gurun şirlə vuruş səhnəsi” və “İsgəndərlə zahidin söhbəti” adlanan bu miniatürlərdə klassik üslubun estetikasından istifadə olunması, onların XVII-XVIII əsrlərdə çəkildiyini ehtimal etməyə əsas verir.

Bundan əlavə, muzeydə Nizami Gəncəvi ünvanlı digər miniatürlər də saxlanılır. Onların da əksəriyyəti “İsgəndərnamə” ilə bağlıdır. Bu miniatürlər başqalarından ilk növbədə motiv müxtəlifliyi ilə fərqlənirlər. Bu mənada rəssamların seçimlərini “Xıdır peyğəmbər dirilik suyunun yanında”, “Makedoniyalı İsgəndərlə Ərəstunun görüşü”, “İsgəndər və Ərəstun məktəbdə”, “İsgəndər Hindistanda”, “Makedoniyalı İsgəndər Bərdə hökmdarı Nüşabənin sarayında”, “İran şahı Daranın öldürülməsi” və “Makedoniyalı İsgəndərin anadan olması” adları ilə ifadə etmələrini qeyd etmək olar.

Nizami Gəncəvi “Xəmsə”sindən ilhamlanmanın nəticələri olan çoxsaylı miniatürlərin təhlili göstərir ki, bu əsərlərdə onsuz da çoxqatlı olan poetik misralara rəssam münasibətində də dahi söz xiridarının aşıladığı bəşəri ideyalara yaddaqalan, çox vaxt da şaşırdıcı bədiilik- əyanilik gətirilmişdir. Önəmlisi isə “Xəmsə”nin özü kimi bu miniatürlərin də zamansızlığa qovuşmalarıdır. Bu mənada həmin əsərlərin də milli mənəvi dəyərlərimizin beynəlxalq miqyasda təbliğçisi olacağı birmənalıdır...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada etirazlar zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb