“NİZAMİ NURLU SƏYAHƏT-2 (ÖZBƏKİSTAN SƏFƏRİ)” KİTABININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
Klubun direktoru Elxan Rzayev bildirmişdir ki, Əlişir Azəri, ilk dəfə dahi şairimiz Nizami Gəncəvinin anadan olmasının 850 illiyi münasibətilə 1989-cu ildə səyahətə çıxmış və 2 ildən çox bir müddətdə Türkmənistan, Tacikistan, Özbəkistan, Qazaxıstan, Tatarıstan, Başqırdıstan, Ukrayna, Moldova, Gürcüstanda olmuş, bu respublikalarda Azərbaycan həqiqətlərini yaymışdır.
“Nizami nurlu səyahət” ümumi başlıqlı çoxcildliyin ilk kitabı (“Türkmənistan səfəri”) 2003-cü ildə çap olunmuşdur. Müəllif yeni nəşrdə 6 ay ərzində Özbəkistanda keçirdiyi çoxlu görüşlər, qarşılaşdığı maraqlı hadisələrdən söhbət açır. Kitabda Özbəkistanın 20-dən çox görkəmli şəxsiyyəti barədə ensiklopedik məlumat verilmişdir. III kitab Tacikistan səfərinə həsr olunacaqdır.
Sonda Ə.Azəri jurnalistlərin suallarına cavab vermiş, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [11:29]
Milli İncəsənət Muzeyində ilin sonunadək bir sıra mühüm sərgilər açılacaq
- 13.10.2026 [11:26]
Azərbaycan Banqkokda beynəlxalq ipək sərgisində təmsil olunur
- 13.10.2026 [11:12]
Şirin Məlikova: Yeni kitabların nəşrini planlaşdırırıq
- 13.10.2026 [09:05]
“44” bədii filmi ilə bağlı mətbuat konfransı təşkil olunub
- 12.10.2026 [18:57]