RƏSMİ XRONİKA
N.K.BAYBAKOVUN “İSTİQLAL” ORDENİ İLƏ TƏLTİF EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq əlaqələrinin inkişafındakı böyük xidmətlərinə görə Nikolay Konstantinoviç Baybakov “İstiqlal” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 mart 2006-cı il.