Norveç Şimal dənizinə neft sızması ehtimalı ilə təhqiqata başlayır
Stokholm, 21 may, AZƏRTAC
Norveçin Neft Təhlükəsizliyi İdarəsi Şimal dənizinə neft sızması ehtimalı ilə geniş təhqiqata başladığını elan edib. Sızmanın ötən həftə “Equinor” Dövlət Neft-Qaz Şirkəti tərəfindən idarə olunan neft platformasında baş verdiyi güman edilir.
AZƏRTAC Norveç KİV-lərinə istinadla xəbər verir ki, “Equinor” mayın 15-də Şimal dənizinin səthində neft aşkar edəndən sonra “Statfjord A” yatağının işlənilməsini dayandırdığını açıqlayıb. Mütəxəssislər sızmanın məhz harada baş verdiyini və nə qədər neft sızdığını hələlik müəyyən edə bilməyiblər.
Təhqiqat çərçivəsində Neft Təhlükəsizliyi İdarəsinin əməkdaşları baş verən hadisənin səbəblərini və buna görə kimin məsuliyyət daşıdığını müəyyən etmək üçün qəzanın təfsilatını öyrənəcəklər.
Qeyd edək ki, “Statfjord A” yatağı Şimal dənizində, krallığın eyniadlı vilayətinin yaxınlığında yerləşir. 1974-cü ildə kəşf edilən yatağın işlənilməsinə 1979-cu ildə başlanıb.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [15:05]
Rusiya XİN Ermənistanla münasibətlərdə sonrakı siyasi kursu açıqlayıb
- 08.06.2026 [14:27]
İyunun 8-i Ümumdünya Okeanlar Günüdür
- 08.06.2026 [14:25]
Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər
- 08.06.2026 [13:40]
Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar
- 08.06.2026 [13:36]