Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nüfuzlu “Əl-Fəcr” qəzetində Azərbaycanın Birinci vitse-prezidenti haqqında geniş məqalə dərc edilib

Abu-Dabi, 25 avqust, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin geniş oxucu kütləsinə malik gündəlik “Əl-Fəcr” qəzetinin 24 avqust nömrəsinin bütöv bir səhifəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya həsr olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Mehriban Əliyevanın dövlət xadimi və ictimai xadim kimi fəaliyyətindən, Azərbaycanda təhsil, səhiyyə, mədəniyyət və idman sahələrinin inkişafında, xalqın mədəni irsinin qorunmasında, ölkəmizin dünyada müsbət imicinin möhkəmlənməsində böyük xidmətlərindən bəhs edilir, onun mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfələr qeyd olunur.

AZƏRTAC yazını təqdim edir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva böyük qayğı göstərdiyi müxtəlif sahələrdə, xüsusən humanitar sahədə mühüm xidmətlərinə görə Azərbaycan xalqının dərin rəğbətini və sevgisini qazanıb. Mehriban Əliyeva yüksək əxlaqi, elmi və mədəni dəyərlərə malik ziyalı bir ailədə doğulub və tərbiyə alıb. Onun babası Mir Cəlal Paşayev Azərbaycanın görkəmli ədəbiyyat xadimi, tanınmış yazıçı idi. Valideynləri Mehriban Əliyevanın milli və mədəni şəxsiyyətinin formalaşmasında əvəzsiz rol oynayıblar. Atası Arif Paşayev 1996-cı ildən Milli Aviasiya Akademiyasının rektorudur, anası Aida İmanquliyeva mədəniyyət, dilçilik və şərqşünaslıq sahələrində tanınmış tədqiqatçı olub. Bütün bunlar Mehriban xanımda şeirə, musiqiyə və incəsənətə böyük maraq və sevgi yaradıb. Birinci xanım insanların, xüsusən də qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə nail olub, onlar üçün firavan yaşayışın təmin olunmasında böyük rol oynayıb. Eyni zamanda, o, 2004-cü ildə təsis olunmuş və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan Fondun xətti ilə cəmiyyətin müxtəlif sahələrinin inkişafına mühüm töhfələr verməkdədir. Mehriban xanım uşaqlar və onların problemlərinin həllinə böyük diqqət və qayğı ilə yanaşır, yeni məktəblərin, xəstəxanaların, musiqi məktəblərinin, talassemiya mərkəzinin və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yay düşərgələrinin yaradılmasına nail olub. O, uşaqlara göstərdiyi qayğı ilə yanaşı, ahıllara da xüsusi diqqət ayırır.

Heydər Əliyev Fondu mədəniyyət sahəsində irimiqyaslı layihələr həyata keçirib, Azərbaycanın musiqi mədəniyyətinin, xüsusilə mənsub olduğu xalqın milli musiqi növü olan muğamın təşviqində əvəzsiz xidmətlər göstərib, paytaxt Bakıda Muğam Mərkəzi inşa etdirib, muğam janrının bir çox ölkələrdə təbliğinə və tanıdılmasına nail olub. Fond, eyni zamanda, dünyanın müxtəlif ölkələrindən dəvət olunan tanınmış musiqiçilərin iştirakı ilə musiqi festivalları və gecələri təşkil edərək, Azərbaycan mədəniyyətinin təbliğinə əvəzsiz töhfələr verir. Yaradıldığı gündən bəri Heydər Əliyev Fondu dünya mədəniyyətinin inkişafında, sivilizasiyalararası dialoqun möhkəmlənməsində böyük rol oynayır, humanist dəyərlərin, sülh və tolerantlığın yayılmasına, mədəniyyətlərarası dialoqun inkişafına əvəzsiz töhfələr verir.

Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdəki Luvr muzeyində İslam incəsənəti bölməsi yaradılıb, Versal sarayında tarixi incəsənət abidələrinin, həmçinin İkinci Dünya müharibəsi nəticəsində dağıdılmış Berlin qəsrinin, Vatikan arxivində saxlanılan nadir əlyazmaların və orada yerləşən qədim heykəllərin bərpa işləri həyata keçirilib. Roma şəhərində yerləşən Kapitoli muzeyində filosoflar zalının bərpası Fondun bu sahədə ən mühüm nailiyyətlərindən biri hesab edilir.

Bütün bunlarla yanaşı, dünyanın müxtəlif ölkələrində baş verən təbii fəlakətlərin qurbanları da Mehriban Əliyevanın diqqətindən kənarda qalmır. Təbii fəlakətlərdən əziyyət çəkmiş Rumıniyaya və Haitiyə Azərbaycanın birinci xanımının təşəbbüsü ilə yardımlar göstərilib, Pakistanda zəlzələ nəticəsində tamamilə dağılmış qızlar məktəbi yenidən inşa edilib, bu ölkədə çoxsaylı inkişaf proqramı və layihələri həyata keçirilib. Heydər Əliyev Fondu Parisdə terror qurbanlarının 7-ci beynəlxalq konfransının təşkili məqsədilə 2011-ci ilin sentyabr ayında Fransa Terror Qurbanları Assosiasiyasına maliyyə yardımı göstərib.

Azərbaycan şifahi xalq ədəbiyyatının, milli irsinin, mədəniyyət və musiqisinin qorunması və inkişafında göstərdiyi səylərin nəticəsi olaraq Mehriban xanım 2004-cü ildə UNESCO-nun, İslam dünyasının müxtəlif sahələrində xidmətlərinin nəticəsi olaraq 2006-cı ildə ISESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

Mehriban Əliyeva Azərbaycanda idman sahəsinin inkişafına da xüsusi diqqət yetirir. O, 2015-ci ildə Azərbaycanın birinci Avropa Oyunlarına, həmçinin həmin il bədii gimnastika üzrə beynəlxalq kubok yarışına uğurla ev sahibliyi etməsində böyük rol oynayıb. Mehriban xanım 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra 2003-2004-cü illərdə ölkə beynəlxalq gimnastika yarışlarına ev sahibliyi edib.

Mehriban Əliyeva birinci Avropa Oyunlarının müvəffəqiyyətlə keçirilməsində xüsusi fədakarlığı ilə seçilib, Azərbaycanın dünyada idman ölkəsi kimi tanıdılmasına töhfələr verib və bu səylər ölkənin Oyunlarda böyük uğur qazanması ilə nəticələnib.

Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin müxtəlif inkişaf sahələrində, həmçinin idman, mədəniyyət, səhiyyə və təhsil sahələrində gördüyü işlər 2015-ci il iyunun 29-da Azərbaycan Respublikasının Prezidenti tərəfindən yüksək qiymətləndirilib, Fondun prezidenti Mehriban Əliyeva “Heydər Əliyev” ordeni ilə təltif edilib.

Birinci Avropa Oyunları Mehriban xanımın uğurla təşkil etdiyi yeganə irimiqyaslı tədbir deyil. O, 2017-ci il mayın 12-dən 22-dək Azərbaycanın ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri olub, bu tədbirin də uğurla keçirilməsində mühüm xidmətlər göstərib.

Bundan başqa, “Eurovision” mahnı müsabiqəsinin Bakıda yüksək səviyyədə keçirilməsində də birinci xanımın səylərini qeyd etmək lazımdır. Bu yarışma dünyada ən uzun televiziya şousu, Avropa qitəsində isə ən mühüm musiqi tədbiri hesab olunur. Bu yarışmanı izləmək üçün dünyanın müxtəlif ölkələrindən Azərbaycana üz tutmuş çoxsaylı qonaqlar gördükləri qonaqpərvərlikdən razılıqlarını ifadə edib və Azərbaycanın müxtəlif sahələrdə nail olduğu sürətli inkişafın şahidi olublar.

Göstərdiyi səylərə görə Mehriban xanım Əliyeva bir çox ölkələrin və beynəlxalq təşkilatların, o cümlədən Fransanın “Şərəf Legionu Ordeni”, Pakistanın “Hilal-e Pakistan” ali ordeni, Serbiya və Macarıstanın dövlət mükafatları, Rusiya Beynəlxalq Xeyriyyə Təşkilatının “Yaqut xaç” mükafatı, Dünya Səhiyyə Təşkilatı mükafatı, Avropa Olimpiya Komitəsinin fərqlənmə ordeni, beynəlxalq “Qızıl ürək” fəxri nişanı, Polşanın ali fərqlənmə ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı, Kanadanın “Dünyanın qızılgülü” mükafatı, Küveytin fəxri diplomu ilə və digər yüksək orden və medallarla təltif olunub.

Heç şübhəsiz, qeyd olunanlar, eyni zamanda, Mehriban Əliyevanın malik olduğu yüksək insani keyfiyyətlər, ölkəsinin inkişafı istiqamətində göstərdiyi səylər, beynəlxalq humanitar yardım missiyalarına verdiyi töhfələr istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda birinci xanımın yüksək imicinin formalaşmasına böyük təsir edib və onun ən yüksək vəzifəyə layiq görülməsinə yol açıb. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 21 fevral tarixli Sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib və bu da ona böyük sevgi, hörmət və ehtiram hissləri bəsləyən Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanıb.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Abu-Dabi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib