Nur-Sultanda "Made in Azerbaijan" məhsullarının sərgisi təşkil edilib
Nur-Sultan, 11 noyabr, AZƏRTAC
Qazaxıstanın Nur-Sultan şəhərində Azərbaycanın 8 noyabr - Zəfər Gününə və Qazaxıstanın müstəqilliyinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, "Xəzər" Azərbaycan Etno-Mədəniyyət Mərkəzi tədbir çərçivəsində "Made in Azerbaijan" məhsullarının növbəti sərgisini təşkil edib.
Sərgidə Azərbaycan istehsalı olan şərablar, “Azərçay”, meyvə şirələri və mürəbbələr, “Qazelli” kosmetik vasitələri nümayiş olunub, iştirakçılara Azərbaycan narı təqdim olunub.
Tədbirdə Azərbaycanın milli rəqsi “Sarı gəlin” qonaqlarda xoş təəssürat yaradıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan