Odessa sahillərində 15 ölü delfin aşkarlanıb
Bakı, 9 iyun, AZƏRTAC
Ukraynanın Odessa vilayətində, Tuzlı Estuariləri Milli Təbiət Parkı ərazisində 15 ölü delfin aşkar edilib.
AZƏRTAC Ukraynanın “Ukrinform” informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə parkın əməkdaşı öz sosial hesabında məlumat yayıb. Qeyd edilib ki, iyunun 6-7-də aparılan monitorinq zamanı milli parkın 12 kilometr sahil xətti və ona bitişik 1 kilometrlik ərazidə ölü delfinlərə rast gəlinib.
Ekoloqun sözlərinə görə, hərbi fəaliyyətlər, o cümlədən partlayışlar və sonar sistemlərinin istifadəsi Qara dəniz ekosisteminə ciddi zərər vurur. O bildirib ki, bu proses regionda dəniz biomüxtəlifliyinin davamlı şəkildə zəifləməsinə səbəb olur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]
Pskov hava limanında uçuşlar dayandırılıb
- 09.06.2026 [12:25]
Lihannanın faciəvi ölümü: Fransada ədalət sisteminin növbəti uğursuzluğu
- 09.06.2026 [11:41]
Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb
- 09.06.2026 [11:26]