Oğuzda arıçılara 25 min manat subsidiya ödənilib
Oğuz, 22 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Oğuz rayonunda arıçılıqla məşğul olan 221 arıçıya saxladıqları 4846 arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi nəzərdə tutulur. Birinci mərhələdə 86 arıçının təsərrüfatlarında olan 2500 arı ailəsinə identifikasiya kodu verilib və Respublika Komissiyasının qərarına əsasən, onlara 25 min manat subsidiya ödənilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.
Qurum rəsmisi bildirib ki, arıçılara subsidiyanın verilməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” 2018-ci il 5 mart tarixli Sərəncamına əsasən həyata keçirilir. Sərəncamın icrası olaraq, arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına 10 manat məbləğində subsidiya ödənilir.
Mərkəzin direktor müavininin sözlərinə görə, qalan 135 arıçının təsərrüfatlarında olan 2346 arı ailəsi də identifikasiya kodu ilə təmin edilib və sənədlər hazırlanıb. Yaxın vaxtlarda həmin istehsalçılara da subsidiyanın verilməsi təmin olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]