OĞUZDA QURTULUŞ GÜNÜNƏ HƏSR OLUNMUŞ YIĞINCAQ KEÇİRİLMİŞDİR
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, iyunun 14-də rayonun mədəniyyət evində ictimaiyyət nümayəndələrinin iştirakı ilə təntənəli yığıncaq keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmişlər.
Yığıncaqda çıxış edən icra hakimiyyətinin başçısı Kamil Rəhimov və digər natiqlər müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan səriştəsiz rəhbərlərin şəxsi ambisiyaları ucbatından ölkədə özbaşınalığın yarandığı, Azərbaycanın parçalanma təhlükəsi ilə üzləşdiyi bir məqamda Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının müstəqilliyimizin yenidən itirilməsi təhlükəsinə birdəfəlik son qoyduğunu xüsusi vurğulamışlar. Bildirilmişdir ki, bu gün ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, aparıcı dцvlətlər sırasında yerini möhkəmləndirir.
Sonra rayonun ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup pensiyaçıya rayon icra hakimiyyətinin qiymətli hədiyyələri təqdim edilmişdir.
Bayram tədbirləri Heydər Əliyev parkında maraqlı konsert proqramı ilə davam etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:31]
Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram
- 13.10.2026 [11:59]
Azərbaycan Prezidenti: Laos bizim üçün dost ölkədir
- 13.10.2026 [11:43]