OLİMPİYA İDMAN KOMPLEKSİNİN TİKİNTİSİ SÜRƏTLƏNDİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Salyanda “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı”na uyğun olaraq, Olimpiya İdman Kompleksinin inşası sürətlə aparılır.
Gənclər və İdman Nazirliyinin sifarişi ilə tikilən obyektin icraçısı “Nurgün” inşaat firmasıdır.
Müasir standartlara cavab verən kompleksin 2007-ci ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulmuşdur.