Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Ölkəmizi tanıyaq”: məktəblilər ekskursiyadan zəngin təəssüratlarla ayrılıblar

Gəncə, 29 mart, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən, şəhər və rayonların IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın martın 26-dan 29-dək olan mərhələsi uğurla başa çatıb.

Tur-aksiya iştirakçıları səfər təəssüratlarını AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşüblər.

Abşeron rayonu, Masazır kənd 4 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Qəribxan Dadaşov: “Tur-aksiyaya Abşeron rayonundan qoşulmuşam. Hazırda 10-cu sinifdə oxusam da ixtisas seçimimi çoxdan etmişəm. Mən qüdrətli Azərbaycan Ordusunda hərbçi olmaq istəyirəm. Bunun üçün həm dərslərimi əla qiymətlərlə oxuyur, həm də çoxlu maraqlı tarixi-sənədli filmlərə baxıram. Oxuduğum tarix kitablarından da çıxardığım nəticə budur ki, müharibələrdə yalnız hərbi təchizatı tam olan ordular deyil, döyüşçülərinin vətənpərvərlik hissi yüksək olan ordular həmişə qalib gəlirlər. Vətəni sevmək üçün isə onun tarixindən, mədəniyyətindən xəbərdar olmaq, şəhərlərini və kəndlərini yaxından tanımaq lazımdır. Sevinirəm ki, bu cür tur-aksiyaya qoşulmuşam. Çünki, “Ölkəmizi tanıyaq” layihəsi mənə Vətənimi daha yaxından tanımağa, sevməyə, gələcəkdə peşəkar zabit olduqdan sonra isə onu qorumağıma kömək edəcək. Bu layihənin təşkilatçılarına minnətdarlığımı bildirir və tur-aksiyaların davamlı olmasını arzulayıram”.

Qəbələ şəhər 1 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Vahid Qəhrəmanov: “Tur-aksiya çərçivəsində Gəncə-Göygöl-Şəmkir marşrutu üzrə hərəkət etdik. Bu yerlərdə böyük inkişafın şahidi olduq. Tur-aksiya müddətində gördüyüm hər bir əzəmətli tikili, istər onun xarici görünüşü, istərsə də daxilində yaradılan şərait məndə və yoldaşlarımda sevinc, fərəh, qürur hissi doğurdu. İstərdim ki, bu layihə davamlı olsun və hər il minlərlə məktəbli Azərbaycanın inkişafını görüb, Vətəni ilə fəxr etsin”.

Şəki rayonu, Çeşməli kənd tam orta məktəbin 9-cu sinif şagirdi Ehtiram Yarıyev: “Tarix fənnini çox sevirəm. Bir neçə dəfə tarix üzrə intellektual yarışlarda və olimpiadalarda qalib olmuşam. Vaxtilə tarix kitablarından oxuduğum abidələri bu tur-aksiya sayəsində görə bildim. Gəncədə Nizami Gəncəvi türbəsi, İmamzadə ziyarətgahı, Şah Abbas məscidi, eləcə də Göygöl və Şəmkir şəhərlərindəki kilsələrin qarşısında çoxlu şəkil çəkdirdim. Azərbaycan multikultural ölkədir. Biz İmamzadə ziyarətgahını tərk etdikdə oradan azan səsi ucalırdı. Şəhəri gəzdikdə isə rus-provaslav kilsəsinin zəngləri çalınırdı. Şəmkir və Göygöl şəhərlərində vaxtilə almanlar tərəfindən tikilən kilsələrə də getdik. Bələdçilər bizə məlumat verdilər ki, almanlar bu şəhərləri 80 il bundan qabaq tərk ediblər. Həmin kilsələrin tarixi şəkillərinə baxdıq. Bu müddətdə hər iki kilsə olduğu kimi qorunub, saxlanılıb. Hazırda hətta Şəmkirdəki alman kilsəsində arqan alətində ifa etmək və xristianlığın lüteran məzhəbinə uyğun ayinlər icra etmək mümkündür. Bütün bunlar onu göstərir ki, vaxtilə ölkəmizdə yaşamış xalqların tarixinə və onların yaratdığı irsə hörmətlə yanaşılır”.

Qəbələ rayon, Soltannuxa kənd tam orta məktəbin 10-cu sinif şagirdi Nərmin Ağasıyeva: “Vaxtilə Ümummilli Liderimiz deyib ki, məqsədimiz təkcə Azərbaycanın paytaxtını deyil, hər bir şəhəri, qəsəbəni inkişaf etdirməkdir. “Ölkəmizi tanıyaq” layihəsinə Qəbələ şəhərindən qoşulmuşam. Tur-aksiya çərçivəsində Gəncə, Göygöl və Şəmkirin gəzməli, görməli yerləri ilə yaxından tanış olduq. Gəncənin tikililəri əzəmətli, muzeyləri zəngin, parkları genişdir. Göygöl şəhəri öz memarlığına görə filmlərdən izlədiyimiz Avropa şəhərlərinə oxşayır. Bu şəhərin küçələri geniş, yolları çox təmizdir. Göygölün bayraq meydanı şəhərin ən hündür yerində təbii təpə üzərində salınıb. Təpənin içərisində bayraq muzeyi, üzərində isə bayraq meydanı var. Muzeyə kənardan baxdıqda Azərbaycan xəritəsinə oxşayır. Heydər Əliyev Mərkəzi isə Gəncəçayın sahilində hündürlükdə inşa edilib. Bu mərkəzin ətrafından hər yana gözəl mənzərə açılır. Şəmkir şəhərinin isə Heydər Əliyev Mərkəzi, onun ətrafında salınmış geniş park, digər müasir tikililər olan Bayraq muzeyi və meydanı, eləcə də “Zəka” Gənclər Mərkəzi bənzərsizdir. Bir sözlə, indi Vətənimizin hər bir guşəsi inkişaf edib, gülüstana çevrilib”.

İmişli rayonu, Şahin Məmmədov adına 3 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Esmira Babaşlı: “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Gəncə-Göygöl-Şəmkir marşrutu üzrə hərəkət etdik. Göygöl və onun ətrafındakı meşələr, Kəpəz dağının qarlı zirvəsi füsunkar gözəlliyə malikdir. Bələdçilər bizə məlumat verdilər ki, ilin bütün fəsillərində, xüsusən də yayda Göygölə dünyanın hər yanından turist gəlir. Göygöl Dövlət Qoruğu doğrudan da təbiətin möcüzəsidir. Maarifləndirici tur-aksiya həm də bizə imkan verdi ki, ölkəmizin tarixi yerlərini gəzək, Vətənimizi daha yaxşı tanıyaq. Tarix ərzində mövcud olan Azərbaycan dövlətlərinin, eləcə də Xalq Cümhuriyyətinin ilk paytaxtı Gəncə şəhərinin tarixi-memarlıq abidələri ilə tanış olduq. Bu məkanların hər biri biz şagirdlərin tanımalı olduğumuz yerlərdir. Bu bölgədəki bir çox abidələr, muzeylərdəki qədim eksponatlar barədə yalnız tarix kitablarından oxuyub, televiziya ekranlarından izləmişdik. İndi isə bütün bunları canlı gördük. Gəncə, Göygöl və Şəmkirin tarixi irsi qorunmaqla yanaşı, müasirliyinə də önəm verilir. Bu şəhərlərdə yenilik, müasirlik və dəyişiklikləri gördük. Həqiqətən də bütün şəhər və rayonlarımız çox sürətlə inkişaf edir”.

Oğuz rayonu, Dəymədərə kənd tam orta məktəbin 9-cu sinif şagirdi Rəşid Vəliyev: “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Azərbaycanın nə qədər gözəl təbiətə və zəngin mədəniyyətə sahib olduğunu bir daha gördük. Gəncəyə gələrkən biz şəhərin girişində dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sinə həsr olunan kitab formalı 5 heykəlin yanından keçdik. Yaxınlıqda isə böyük filosofun qırmızı qranitdən ucaldılan möhtəşəm məqbərəsi və onun qarşısında yeni tikilən muzeyi görünürdü. Geniş düzənlikdən sonra qarşımızda açılan bu mənzərə mənə xoş təsir bağışladı. Burada yaradılan hər şey insana elmin və təhsilin ucalığını, mütaliənin isə faydalarını xatırladırdı. Bu, həm gəncəlilərin dahi şairə və onun hikmət xəzinəsinə - “Xəmsə”yə verdikləri dəyər, həm də bizim Gəncə şəhəri haqqında ilk təəssüratımız idi. İki gün ərzində biz Gəncə şəhərinin tarixi və müasir tikililəri ilə tanış olduq. Şəhərin istər qırmızı kərpicli tarixi tikililəri, istərsə də müasir binaları olduqca gözəldir. Gəncənin tarix boyu çoxsaylı qanlı vuruşların meydanı olduğunu və bu müharibələrdən nə qədər ziyan çəkdiyini öyrənmişdim. Amma burada müasir binalarla yanaşı, qədim abidələri də görəndə çox sevindim. Fikirləşdim ki, ulu babalarımız xalqımızın yaratdığı zəngin maddi-mədəni irsin gələcək nəsillərə çatdırılması üçün böyük qəhrəmanlıqlar göstərib, bu torpaq uğrunda canlarından keçiblər. Ona görə də tariximizə hörmət və ehtiram, eyni zamanda, onu qorumaq biz gənclərin Vətən qarşısında ən müqəddəs borcudur”.

Füzuli rayonu, Arazzərgər kənd tam orta məktəbin 9-cu sinif şagirdi Gülər Xəlilova: “Belə layihələr ölkəmizi yaxından tanımaq, tarixini öyrənmək, təbiəti, gəzməli-görməli yerləri ilə tanış olmaq üçün çox yaxşı fürsətdir. Biz Göygöl dolaylarından qalxarkən qarşıdakı yol iki istiqamətə ayrılırdı. Sağ tərəfdəki yolun kənarında lövhənin üzərinə “Kəlbəcər 80” yazılmışdı. Deməli, bu gün işğal altında olan Kəlbəcər bizdən çox da uzaq məsafədə deyil. Tur-aksiyada iştirak edən yoldaşlarımın bir çoxu 11-ci sinif şagirdləridir. Ona görə də bu tur-aksiya onlar üçün sonuncudur. Mən isə 9-cu sinifdə oxuyuram və gələcəkdə bir daha “Ölkəmizi tanıyaq” layihəsində iştirak etmək istərdim. Gələcəkdə bu layihəyə qoşulsam arzum budur ki, Kəlbəcər-Laçın-Şuşa marşrutu üzrə hərəkət edək”.

İsmayıllı rayonu, Uşan kənd tam orta məktəbin 10-cu sinif şagirdi Səidə Müştaqova: “Tur-aksiya çərçivəsində Gəncə, Göygöl və Şəmkir şəhərlərinin bir-birindən gözəl məkanlarını gəzdik. Ən çox diqqətimi çəkən isə Gəncə Miniatür Kitab Muzeyində nümayiş olunan kitablar oldu. İlk dəfə olaraq 17-ci əsrdə yazılmış, cəmi 2 santimetr olan Quran kitabı gördüm. Bələdçi bizə məlumat verdi ki, bu kitab həcminə görə Qafqazda mövcud olan ən kiçik Quran olduğuna görə onu Ginnesin rekordlar kitabına daxil ediblər. Biz bu muzeydə adı Ginnesin rekordlar kitabına daxil edilən hətta 1 millimetrlik kitabın da şəklini gördük. Ümumiyyətlə, üç gün ərzində Gəncə, Göygöl və Şəmkir şəhərlərində gördüklərimiz bölgə haqqında təəssüratlarımızı ikiqat artırıb. Geri qayıdandan sonra səfər təəssüratlarımı sinif yoldaşlarımla bölüşəcəyəm”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib

Danimarka millisinin kapitanı Kristian Eriksen Ukrayna ilə oyun zamanı huşunu itirərək yerə yıxılıb

Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin 58,97 faizi iştirak edib

Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal

Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb

Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib

Azərbaycanın voleybol milli komandaları Avropa Liqasında birinci mərhələni başa vurublar

SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub

FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər

Çövkən üzrə Dünya Çempionatı: Polşa və Uruqvay ilk qələbələrini qazandılar

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Səudiyyə Ərəbistanında zəvvarlar üçün elektron qapı texnologiyası tətbiq edilib

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır

Ərdoğan: Sıfır Tullantı Hərəkatı sayəsində Türkiyə iqtisadiyyatına 365 milyard lirə töhfə verilib

Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb

Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Qarabağ Universitetində professional səs elminə həsr olunmuş konqres təşkil edilib

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər

Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb

ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq

Tramp: ABŞ Tehranla razılığa gəlsə, zənginləşdirilmiş uranı məhv etmək üçün birlikdə çalışacaq

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı müşahidə radar məntəqələrinə zərbələr endirib

Qafqaz bəbirinin izi ilə Qarabağ tarixinə: “Doğma torpaq” filmi Aşqabadda

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal parkında sərgi açılıb

Azərbaycanın akrobatika gimnastları Bakıdakı Dünya Kubokunda qızıl medal qazanıblar

AYİB-in Riqadakı plenar sessiyasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasından danışılıb

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

Qusarda gənc voleybolçuların seçimi aparılıb

Brüsseldə azərbaycanlıların irimiqyaslı futbol festivalı: III Suqovuşan Turniri başa çatıb

Çexiyada Azərbaycan mədəniyyəti və milli mətbəxi təqdim edilib

Bu gün Abşeron yarımadasının bəzi ərazilərinə dolu düşəcəyi gözlənilir

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

"Cənnət yuxusu" filmi Aşqabadda nümayiş olunub

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb

Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəki və Zaqatalada qəbul imtahanı 12 mərkəzdə aparılıb

Böyük Britaniyanın Baş naziri Zelenski, Makron və Mertslə Ukraynaya dəstəyi müzakirə edəcək

Cənubi Koreyanın milli valyutasının məzənnəsi son 17 ildə ən aşağı həddə enib

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var

Britaniya parlamenti: Müdafiə xərcləri planının gecikməsi ölkənin etibarlılığına zərbə vurur

Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir

Agentlik: İdxal-ixrac prosedurlarının bütün əsas istiqamətləri elektron müstəviyə daşınıb

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

Praqada keçirilən “Food and Culture” səfirliklər festivalı 60 ölkənin nümayəndələrini bir araya gətirib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Kayseridə güclü yağış və dolu həyatı iflic edib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunda mükafatçılar bəlli olacaq

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Britaniyalı seçicilərin əksəriyyəti “Brexit” qərarının ləğv edilməsini istəyir

Bu saata olan əsas xəbərlər

Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib

Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyinin qalibi bəlli olub

AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni strateji sənəd yekun təsdiq mərhələsindədir

Türkiyə millisi dünya çempionatı öncəsi son yoxlama oyununda qələbə qazanıb

Böyük Qayıdış proqramı Azərbaycanın müasir tarixində həyata keçirilən ən mühüm dövlət layihələrindən biridir - ŞƏRH

Ermənistanda parlament seçkiləri keçirilir

Dünya Kuboku: Azərbaycanın 3x3 basketbol millisi yarımfinalda ABŞ ilə qarşılaşacaq

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Dünya birjalarında neft ucuzlaşıb

Türkmənistanda Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans baş tutub

Pentaqon: İsrailin casusluq fəaliyyəti ilə bağlı təhdid səviyyəsi “kritik” həddədək artıb

Papa Leo: ABŞ-İsrailin İrana qarşı müharibəsində ədalət kriteriyaları mövcud deyil

Almaniyada Bundesver Günü tədbirlərinə 300 minə yaxın insan qatılıb

Nadejda İsmayılova: "Dalğa" zirvədir VİDEO

Nadejda İsmayılova: "Dalğa" zirvədir VİDEO

Arkadağ Şəhər Tarix və Diyarşünaslıq Muzeyində “Azərbaycan — obyektivdən tarixə” adlı sərgi təqdim olunub

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub VİDEO

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub VİDEO

Qarabağ Regional Təhsil İdarəsi üzrə zona mərhələsinin qalibi məlum olub

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Şəkidə məktəblilər arasında voleybol festivalı baş tutub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib VİDEO

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib VİDEO

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqalə dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər