ÖLKƏNİN REGİONLARINDA YENİ GENDER QURUMU YARADILIR
Azərbaycan Gender İnformasiya Mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, ölkənin regionlarında yeni qurum - Ağbircək Qadınlar Şurası yaradılır.
Dövlət Ailə, Qadın və Uşaq problemləri Komitəsinin dəstək göstərəcəyi bu Şura milli dəyərlərin mühafizəsi və gələcək nəsillərə ötürülməsi məqsədi ilə yaradılır. Ağbirçək Qadınlar Şurası nəzdində Gənc qızlar klubunun yaradılması da planlaşdırılır.