OMANIN SULTANI ƏLAHƏZRƏT QABUS BİN SƏİDƏ
Ölkənizin milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizi və dost Oman xalqını öz adımdan və Azərbaycan xalqı adından təbrik etməkdən məmnunluq duyuram.
Əminəm ki, Azərbaycan ilə Oman arasında yaranmış münasibətlərin inkişafı xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında davam edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 6 noyabr 2006-cı il.