İQTİSADİYYAT
Ötən ay 16 tikinti obyektinin elektrik qurğularına istismara buraxılış aktı verilib
Bakı, 6 may, AZƏRTAC
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən aprel ayı ərzində yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş, gücü artırılan və enerji təchizat sxemini dəyişən 16 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı təqdim edilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, 45 razılaşdırılan layihəyə əsasən tikintisi başa çatdırılan sənaye qaz qurğularının istismarına icazə verilib.
“Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 3 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.
Agentliyin səlahiyyətlərinə aid olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 14 inzibati xəta haqqında işə baxılıb və müvafiq qərarlar çıxarılıb.