Ötən ay “Azərkosmos”un ixrac etdiyi xidmətin dəyəri azalıb
Bakı, 29 fevral, AZƏRTAC
Cari ilin yanvar ayında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 42 ölkəsinə 1,4 milyon dollar dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri) ixrac olunub. Bu da ötən ilin yanvar ayı ilə müqayisədə 22,2 faiz azdır.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın fevral sayına istinadla bildirir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 75 faizidir.
Yanvarda peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 367,3 min dollar ilə Birləşmiş Krallıq, 335,3 min ABŞ dolları ilə Lüksemburq, 74,2 min ABŞ dolları ilə BƏƏ, 71 min ABŞ dolları ilə Almaniya və 69,5 min ABŞ dolları ilə Pakistan qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:11]
Azərbaycanda ÜDM istehsalı 1,5 faiz artıb
- 13.10.2026 [11:27]
“Layihə idarəetməsi” modulu üzrə təlimlərə başlanılıb
- 13.10.2026 [11:24]
Zakir Nuriyev: Yarım ildə ölkədaxili nağdsız ödənişlər 14,5 faiz artıb
- 13.10.2026 [11:06]
Vüsal Xəlilov: Açıq bankçılıq finteklər üçün yeni imkanlar yaradır VİDEO
- 13.10.2026 [10:57]