Ötən gün təhvil alınan və aşkar edilərək götürülən silah-sursatın sayı açıqlanıb
Bakı, 29 fevral, AZƏRTAC
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, fevralın 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 tapança, 7 müxtəlif markalı tüfəng, 1 patron darağı və müxtəlif çaplı 460 patron təhvil alıb.
Həmçinin ötən gün qanunsuz saxlanılan 3 avtomat silahı, 1 tüfəng, 1 patron darağı və 5 patron aşkar edilərək götürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 13.10.2026 [11:19]
Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək
- 13.10.2026 [11:01]
Səhiyyə Nazirliyində “Vətəndaş qəbulu” tam rəqəmsallaşıb
- 13.10.2026 [10:51]
DİN: Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb
- 13.10.2026 [10:46]
Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib
- 13.10.2026 [10:33]