Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ötən il “Iteca Caspian” və “Сaspian Event Organisers” 22 sərgi təşkil edib

Ötən il “Iteca Caspian” və “Сaspian Event Organisers” 22 sərgi təşkil edib

Bakı, 24 yanvar, AZƏRTAC

2018-ci ildə “Iteca Caspian” və “Сaspian Event Organisers” (CEO) sərgi şirkətləri Azərbaycanda 22 sərgi, bir konfrans və bir forum təşkil edib.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, ötən il 3 tədbir - Azərbaycan Beynəlxalq “Françayzinq” (“Caspian Franchise Forum 2018”) forumu, Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo məhsulları (“Gift&Promo Fair”), eləcə də Azərbaycan Beynəlxalq “Reklam və Çap işləri” (“AdPrint”) sərgiləri ilk dəfə keçirilib. 2018-ci ildə regionda silah və hərbi texnika sahəsində ən böyük ekspozisiyalardan biri - müasir silah və texnikanın, Azərbaycan müdafiə sənayesi kompleksinin güc və qüdrətinin möhtəşəm nümayişi olan genişmiqyaslı “ADEX” müdafiə sərgisi üçüncü dəfə təşkil olunub. Ənənəvi sərgilərdən əlavə olaraq “CEO” şirkəti IAPH BAKU 2018 Dünya Limanları Konfransı çərçivəsində sərgi, birinci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi konfransı, Avropa Şəhərciyi 2018, Naxçıvanda Avropa Günləri və digər tədbirlərin təşkilində iştirak edib.

Sərgiləri xarici ölkələrdən 70-dən çox yüksəkrütbəli xarici qonaq ziyarət edib. 2018-ci ildə keçirilən sərgilərdə dünyanın 48 ölkəsini təmsil edən 1922 iştirakçı şirkət, habelə 64 ölkədən 69 min 812 ziyarətçi iştirak edib. Sərgilərdə təmsil olunan şirkətlərin sayına görə Rusiya Federasiyası, Türkiyə və Belarus müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutub. Yerli şirkətlərin stendləri ümumi ekspozisiya sahəsinin təxminən 40 faizini əhatə edib. Sərgilərdə 29 ölkədən 50 milli və regional stendlər təqdim olunub. Hər il sərgi iştirakçılarının tərkibinə xarici ölkələri təmsil edən yeni iştirakçılar qatılır. Sərgiləri daha çox Türkiyə, Rusiya, İran, Gürcüstan, Almaniya, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Belarus, İtaliya, Çin və Qazaxıstandan olan qonaqlar ziyarət edib.

Bütün tədbirlərə dövlət strukturları tərəfindən yaxından dəstək göstərilir. Onların arasında Energetika, Kənd Təsərrüfatı, İqtisadiyyat, Səhiyyə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Müdafiə, Təhsil nazirlikləri, SOCAR, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Təbliğat Bürosu, Qida Təhlükəsizliyi Agentliyi, Bakı Nəqliyyat Agentliyi, Mənzil İnşaatı Dövlət Agentliyi, Azərbaycan Memarlar İttifaqı, TRACECA, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Stomatoloji Assosiasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), IDEA, beynəlxalq qurumları tərəfindən BMT-nin Dünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), Asiya-Sakit okean Turizm Assosiasiyası, Rabitə sahəsində Regional Əməkdaşlıq Təşkilatı yer alıb.

2018-ci ildəki sərgiləri dəstəkləyən qurumların sırasına Kiçik və Orta Biznesin İnkişafı Agentliyi də (KOBİA) qoşulub. Beynəlxalq “Bakutel” sərgisində KOBİA ilə sərgi təşkilatçıları - “Iteca Caspian” və “CEO” şirkətləri arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb. Memoranduma əsasən, hər iki tərəf kiçik və orta biznesi təmsil edən şirkətlərin beynəlxalq sərgilərdə iştirakına kömək edəcək. İlk əməkdaşlıq təcrübəsi artıq “Bakutel 2018” sərgisində həyata keçirilib və tədbir çərçivəsində KOB tərəfindən təşkil edilmiş stenddə 10 şirkət iştirak edib. Sərginin yekunlarına əsasən, stend iştirakçılarından bir sıra müsbət rəy alınıb və onlar gələcəkdə də sərgilərdə iştirak sayəsində inkişaf etməyi. yeni əlaqələr qurmağı planlaşdırırlar.

Ötən il sərgi layihələrinin uğurla həyata keçirilməsində tərəfdaş və sponsorların mühüm rolunu da qeyd etmək lazımdır. Belə ki, 2018-ci ildə sponsorlar qismində SOCAR, BP, “Maschio Gaspardo”, “NB Group”, Türkiyə Respublikasının Müdafiə Sənayesi Başqanlığı, “Equinor”, “Türkiye Petrolleri”, “Azeri Mi Drilling”, “Azfen”, “Baku Steel Company”, “Bos Shelf”, “Caspian Drilling”, “Caspian Marine Services”, “Global Energy Azerbaijan”, “SOCAR Polymer”, “Tekfen”, “REC”, “INPEX”, “Mcdermott”, “Dentons”, “DOW”, “EGS”, “EY”, “Kaspersky Lab”, “Lamor”, “Nobel Upstream”, “SAP CIS”, “Petronas”, SOCAR AQS, STP, TAP, “Tenaris”, “Total”, “Azercell”, “Kapital Bank”, “AA Services”, ölkə-tərəfdaş Bolqarıstan, “PASHA Bank”, “Lilac”, Bakı Konqres Mərkəzi, media tərəfdaşlar - “Caspian Energy International Media Group”, “Dom i Interyer”, “IHS Jane's Defence Weekly”, “Army Recognition” çıxış edib.

Müstəqil Azərbaycanda keçirilmiş ilk beynəlxalq sərgi və konfrans olan “Xəzər Neft və Qaz” (“Caspian Oil & Gas”) sərgi və konfransının 25 illik yubileyi təntənəli şəkildə qeyd edilib, tədbirdə dünyanın 38 ölkəsini təmsil edən 312 şirkət bir araya gəlib. Bu sərgini bir sıra yüksək səviyyəli xarici qonaqlar ziyarət edib. Sərginin birinci iş gününün əlamətdar hadisəsi isə “Xəzər Neft və Qaz” sərgi və konfransının 25 illik yubileyi münasibətilə təşkilatçıların mükafatlandırılması olub. “Xəzər Neft və Qaz” sərgisinin yubileyi sərginin keçirildiyi ilk gündən bu tədbiri dəstəkləmiş və onun təşəbbüskarı olmuş ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə təsadüf edib. Birinci sərgi 1994-cü ildə, elə həmin ilin sentyabr ayında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsinin əsas istiqamətlərini müəyyən edən və ölkəmizin neft tarixində yeni səhifə açan “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində keçirilib. Ötənilki sərgidə uzun illər iştirak etmiş bütün şirkətlərə xatirə suvenirləri təqdim olunub, eləcə də unikal poçt markaları buraxılıb. Sərgilərə həsr edilmiş markalar Azərbaycanda ilk dəfə nəşr olunub. Təşkilatçılardan daha bir suvenir yubiley münasibətilə xüsusi hazırlanmış “Caspian Gold” ətri olub.

2019-cu ildə “Xəzər Neft və Qaz” sərgisi mayın 29-dan iyunun 1-dək Bakı Ekspo Mərkəzində, konfrans isə “Bilgah Beach Hotel” mehmanxanasında (30-31 may) keçiriləcək.

Ötən il təşkilatçıların təşəbbüsü ilə 240-dan çox şirkət “B2B” (biznes-biznes) formatlı görüşlərdə iştirak edərək, gələcək tərəfdaşlar ilə təkcə stenddə deyil, həm də xüsusi platformada görüşlər keçirib, danışıqlar aparıb. Hər sərgi çərçivəsində xüsusi olaraq yeni istehsal məhsul və xidmətlərinin nümayiş etdirilməsi üçün təqdimat zonası yaradılıb və şirkətlər burada öz yeni məhsullarını peşəkar ziyarətçilərə təqdim edib, eləcə də defile və debatlar keçiriblər.

“Bakutel” sərgisi çərçivəsində ilk dəfə olaraq “Bakutel Tech Talks” müzakirə platforması təşkil edilib. Üç panel - “Bizimkilər”, “Baxış bucağınızı bizimlə İT-iləyin” və “İdeyadan biznesə” 850 nəfərdən artıq insanı bir araya gətirib. Bu proqram sənayeni narahat edən aktual məsələlərə toxunmaqla yanaşı, sifarişçilər ilə layihəçilər arasında konstruktiv dialoq yaratmağa nail olub və startaplara öz layihələrini reallaşdırmaq istiqamətində kömək edib.

2019-cu ildə keçiriləcək sərgilərin tam cədvəli ilə şirkətlərin rəsmi veb-saytlarında www.iteca.az və www.ceo.az tanış olmaq mümkündür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 100-ü ötüb

Qalibaf: İranın məqsədi münaqişəyə son qoymaqdır

“Axios”: Zelenski Vitkoff və Kuşnerlə telefon danışığı aparıb

Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir

ABŞ “Alibaba”, BYD, “Nio” və digər Çin texnologiya şirkətlərini qara siyahıya salıb

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb

Təranə Yusifova: Səməd Vurğunun poeziyası Azərbaycan musiqisində daim yaşayır

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir

Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq

Almaniya və Fransa gələcəyin döyüş təyyarəsi layihəsi üzrə işləri dayandırmaq qərarına gəliblər

Ayxan Abbasov: Bizə qələbə lazımdır

Sərbəst güləş üzrə aşağı yaş qruplarından ibarət milli komandaların tərkibi yenidən formalaşdırılıb

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Mançester Universiteti: Maqmanın ifrat qızması vulkan püskürmələrini daha qəfil və dağıdıcı edir

İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi

“Şamaxı”nın yay hazırlıq planı məlum olub

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniya əmək bazarında tarixi geriləmə - daimi işçi qəbulu kəskin azalıb

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Qahirədə Qəzza üzrə danışıqlarda iştirak edib

Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir

“Qarabağ” Maksim Medvedev və daha iki mütəxəssislə müqaviləni yeniləyib – EKSKLÜZİV

Deputat: Uşaqların internetdə müdafiəsi ilə bağlı dəyişikliklər cəmiyyətin sifarişidir

Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub

“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda təqdim olunub

Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib

Pakistan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub

Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ

ADAU-da aparılmış səmərəlilik auditi çərçivəsində əldə olunan nəticələr diqqətə çatdırılıb

Serbiyanın idman naziri Azərbaycana gəlib

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik

® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib

Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub

Maşınqayırma, mexaniki və hidravlik sistemlər sahələrini əhatə edən yeni dövlət standartı qəbul ediləcək

Gürcü politoloq: Orta Dəhliz və enerji əməkdaşlığı regionun gələcəyini müəyyən edən əsas amillərdir

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB VİDEO

“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib

Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq

Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək

® “AccessBank” taksi xidməti tenderi elan edir

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub

Mustafa Söğüt: Azərbaycanın enerji diplomatiyası ölkəni regionun strateji əməkdaşlıq mərkəzlərindən birinə çevirib

Uşaqların sosial şəbəkələrdə qeydiyyatına yaş məhdudiyyətinin tətbiqi rəqəmsal təhlükəsizliyi gücləndirəcək - ŞƏRH

Qızıl investisiya cəlbediciliyini qismən itirir

“Yüksəliş”in qalibləri “Ədibin Evi”ndə qədim irsimiz və idarəçilik ənənələrini öyrəniblər

Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir

İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb

Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

Nazir: Azərbaycan-Türkiyə-Gürcüstan layihələrinin fəaliyyətində bir gün belə fasilə yaranmayıb

Rəqəmsal platformalar uşaqların təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır ŞƏRH

Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları

İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər

Qazaxıstan və “Shell” yeraltı sərvətlərin kəşfiyyatı üçün rəqəmsal layihəyə başlayır

“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq

Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub

Elektrik skuterlərdə uşaqların xəsarət alması hallarının artması İsveç həkimlərində narahatlıq doğurur

DİM-də hazırlıq kursları təşkil olunub

“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb

Azərbaycan üçün süni intellekt sahəsində ən böyük fürsət biznes proseslərinin optimallaşdırılmasıdır - ŞƏRH

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub

R.M.Fətəliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır

“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb

Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir

Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir

® “GRAND CEO Breakfast” - dövlət və özəl sektorun yeni əməkdaşlıq platforması

İsveçrəlilər əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasına səs verəcəklərmi?

Milli Məclisin sədri Vyetnamı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal iştiraka dəvət edib

Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb

Coğrafiyaşünas-alim: Yağıntıların artması nəticəsində sürüşmə zonaları genişlənib

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir ŞƏRH

Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da

® “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başlayıb

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır

Maka Boçorişvili: Azərbaycanla Ermənistan arasındakı müsbət dinamika regionda sülhə xidmət edəcək

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edəcək – XƏBƏRDARLIQ

Mayda elektrik enerjisi istehsalının 33 faizi bərpaolunan mənbələrin payına düşüb

ADY: Ötən ay 1,6 milyon tondan çox yük daşınıb

Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb

Hakan Fidan: Türkiyə-Ermənistan normallaşma prosesi Azərbaycanla sıx koordinasiya şəraitində davam edir

Qlobal mənzil böhranı artıq gələcəyin deyil, bu günün problemidir - ŞƏRH

Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir

AMEA-da akademik Vəli Axundovun 110 illik yubileyi qeyd olunub

Böyük Britaniyanın Baş naziri 16 yaşdan kiçik uşaqlar üçün “zərərli” sosial medianı qadağan edəcək

Azərbaycanda bu günə qədər 888 uşaq övladlığa verilib

Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib