İQTİSADİYYAT
Ötən il kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 94,3 milyon dollar artıb
![Ötən il kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 94,3 milyon dollar artıb](/files/2022/1/1200x630/164752664517268534_1200x630.jpeg)
Bakı, 17 mart, AZƏRTAC
Ötən il kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 94,3 milyon dollar artıb, xalis maliyyə öhdəlikləri isə 746,1 milyon dollar azalıb.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəlikləri bank sektorunun kreditləri (15,9 milyon dollar) və neft-qaz sektorunun kreditləri (129,8 milyon dollar) hesabına artıb, dövlət kreditləri (546,8 milyon dollar), dövlət zəmanətli kreditlər (288,7 milyon dollar) və müəssisələrin kreditləri (56,3 milyon dollar) hesabına isə azalıb. Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 1,6 milyard dollar, xalis maliyyə öhdəlikləri isə 35,4 milyon dollar artıb.
2021-ci il üzrə ölkənin ehtiyat aktivləri 3,1 milyard dollar məbləğində artıb.