Ötən il Masallıda heyvandarlıq məhsullarının istehsalı artıb
Masallı, 29 yanvar, Bağır Əliyev, AZƏRTAC
Masallı rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. Əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də heyvandarlıq sahəsində uğurlu nəticələr əldə olunub. Mal-qaranın cins tərkibi daha da yaxşılaşıb, heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb.
Masallı Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 2021-ci ilin yanvarın 1-i tarixinə rayonda 73 min 227 baş iribuynuzlu mal-qara, 93 min 936 baş davar qeydə alınıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu mal-qara sayı 0,2, davarların sayı isə 1,8 faiz artıb.
Ötən il rayonun heyvandarlıq təsərrüfatlarında 6347,9 ton ət, 49 min 462,8 ton süd, 58 min 842 ədəd yumurta,146,6 ton yun istehsal olunub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 2,1, süd istehsalı 0,4, yumurta istehsalı 0,9, yun istehsalı 1,1 faiz artıb.
Heyvandarlıq məhsullarının istehsalının artmasında mal-qaranın cins tərkibinin yaxşılaşdırılması mühüm rol oynayır. Rayonda cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:43]
Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub
- 13.06.2026 [16:36]
Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb
- 13.06.2026 [16:33]
Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu
- 13.06.2026 [16:15]
Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR
- 13.06.2026 [15:39]
Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb
- 13.06.2026 [15:26]
Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]