ÖZBƏKİSTAN ALİ MƏCLİSİNİN SƏDRİ ERKİN XƏLİLOV PREZİDENT HEYDƏR ƏLİYEVİN DƏFN MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR
Binə hava limanında onu Azərbaycanın Baş nazirinin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov qarşılamışdır.
Özbəkistan parlamentinin sədri AZƏRTAC-ın müxbirinə demişdir ki, Heydər Əliyev bütün türk dünyasının dahi lideridir. Mən Özbəkistan xalqı adından və öz adımdan, Özbəkistan Prezidenti adından Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Allah Heydər Əliyevə rəhmət eləsin.
X X X
Özbəkistan Ali Sovetinin sədri Erkin Xəlilov Prezident Heydər Əliyevlə vidalaşmaq üçün hava limanından Respublika sarayına gəlmişdir. Onun və Özbəkistan Prezidenti adından görkəmli dövlət xadimi Heydər Əliyevin cənazəsi önünə əklil qoyulmuşdur. Erkin Xəlilov Azərbaycan Prezidenti İlham Əliyevə Özbəkistan dövlətinin başçısı və xalqı, habelə öz adından dərin hüznlə başsağlığı vermişdir.
Parlamentin sədri həmin gün Daşkəndə qayıtmışdır.