Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab İslam Kərimova
Hörmətli İslam Abduqəniyeviç,
Ölkənizdə baş vermiş zəlzələ nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 21 iyul 2011-ci il.