Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 2314 nəfərə çatıb
Daşkənd, 8 may, АZƏRTAC
Son 24 saat ərzində Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 2314 nəfərə çatıb.
AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu günədək 1656 xəstə sağalıb, 648 nəfər müxtəlif xəstəxanalarda müalicə alır, 10 nəfər ölüb.
Mayın 8-dən Daşkənddə qeyri-ərzaq, zərgərlik mağazaları, bərbərxanalar, gözəllik salonları, mehmanxanalar, maşın təmiri stansiyaları, məişət texnikası mərkəzləri, taksi xidmətləri və digər xidmət sahələri işləməyə başlayıb. İctimai nəqliyyat və metro hələ ki, açılmayıb.
Xatırladırıq ki, Özbəkistanda karantin rejimi mayın 10-dək qüvvədədir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]