ÖZÜNÜİDARƏETMƏ ORQANLARINA AUDİTOR RƏYİ VERİLİR
Bələdiyyə Qulluqçuları Həmkarlar İttifaqının (BQHİ) nəzdində təsis edilmiş Bələdiyyə İnkişaf Fondu yerli özünüidarəetmə orqanlarında mühasibat uçotunun və hesabatlarının tərtib edilməsinin düzgünlüyünə auditor rəyi verir və tövsiyələr hazırlayır.BQHİ-dən bildirmişlər ki, bu günədək qurum yoxlamaların aparılması üçün 20-dən artıq bələdiyyə ilə müqavilə bağlamışdır. Bir neçə yerli özünüidarə orqanı ilə real iş aparılır.