“Pakistan Observer” jurnalının baş redaktoru Zahid Malikdən
Zati-aliləri,
Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Seçkilərin nəticələrindən çox şad oldum.
Jurnalımızda nəşr edilmiş “Azərbaycanda demokratiya dərinləşir” sərlövhəli məqalə Pakistanda yüksək səviyyədə qarşılanmışdır.
Zati-aliləri, Azərbaycan dövlətinə və xalqına rifah diləyir, Sizə ən xoş arzularımı çatdırıram.
Hörmətlə,
Zahid Malik
“Pakistan Observer” jurnalının baş redaktoru