DÜNYA
Pakistanda 289 nəfərin ölümünə görə məsuliyyət fabrikin 3 sahibinin üzərinə qoyulmuşdur
Bakı, 13 sentyabr (AZƏRTAC). Pakistanın Kəraçi şəhərində tikiş fabrikində yanğın zamanı 289 nəfərin ölümünə görə məsuliyyəti müəssisənin 3 sahibi daşıyır. Onlar yanğın təhlükəsizliyi qaydalarının pozulmasında təqsirli bilinirlər.
Bu barədə sentyabrın 13-də yerli hüquq mühafizə orqanları məlumat vermişlər.
Fabrikdə yanğın sentyabrın 11-də axşam başlamışdır. On bir saat davam edən yanğınla 35 yanğınsöndürən maşın mübarizə aparmışdır. Hadisənin səbəbləri barədə hələlik məlumat verilmir. Yanğının fabrikdə saxlanılan kimyəvi maddələrin və plastik kütlənin alovlanması nəticəsində baş verməsi ehtimal edilir.
Polisin məlumatına görə, insanların kütləvi şəkildə həlak olmasının səbəblərindən biri fabrikin binasında ehtiyat çıxışların olmaması ilə bağlıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2024 [21:16]
Blinken: ABŞ Çin şirkətlərinə qarşı sanksiyaları davam etdirəcək
- 21.05.2024 [20:22]
Yazıçı Boris Vasilyev: “Belə bir peşə var - Vətəni sevmək”
- 21.05.2024 [17:53]
Meksikada ekstremal istilər meymunların ölümünə səbəb olur
- 21.05.2024 [17:04]
Macarıstanda turizm sektoruna dövlət dəstəyi göstərilir
- 21.05.2024 [17:00]