Pakistanlı kişi voleybolçular Fələstin yığmasına asanlıqla qalib gəliblər
Bakı, 17 may, G.Mahmudlu, A.İsmayılova, P.Rəhimova, AZƏRTAC
Mayın 17-də “Bakı Crystall Hall”da voleybol yarışlarının yeddinci gününün ilk oyununda kişilərin mübarizəsində “A” qrupunda yer alan Pakistan və Fələstin yığmaları qarşılaşıblar.
AZƏRTAC xəbər verir ki, Pakistan millisi görüşdən 3:0 hesablı qələbə ilə ayrılıb. Pakistanlı voleybolçular rəqiblərini hər üç setdə böyük fərqlə məğlub ediblər - 25:8, 25:16, 25:15.
Qrupun digər oyununda isə Azərbaycan və Türkmənistan milliləri üz-üzə gələcəklər.
Gün ərzində, həmçinin qadınların yarışında yarımfinal görüşləri keçiriləcək. Finala vəsiqə uğrunda Azərbaycan-Tacikistan, Türkiyə-Qırğızıstan milliləri görüşəcəklər. Qadınların yarışında bürünc və qızıl medallar uğrunda qarşılaşmalar mayın 18-də oynanılacaq. Kişilərin yarışına isə mayın 21-də yekun vurulacaq.