Parisdə keçirilən “Böyük dəbilqə” turnirində çıxış edən Azərbaycan cüdoçuları Vətənə qayıdıblar
Bakı, 8 fevral, AZƏRTAC
Parisdə keçirilən “Böyük dəbilqə” turnirində çıxış edən Azərbaycan cüdoçuları Vətənə qayıdıblar.
AZƏRTAC xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Cüdo Federasiyasının rəsmiləri və media nümayəndələri qarşılayıblar.
İdmançılarımız sabahdan etibarən fevralın 17-19-da İsrailin paytaxtı Təl-Əvivdə keçiriləcək növbəti "Böyük dəbilqə" turnirində yüksək nəticələr əldə etmək üçün məşqlərini davam etdirəcəklər.
Qeyd edək ki, komandamızın üzvləri Məmmədəli Mehdiyev (90 kq) və Uşangi Kokauri (+100 kq) nüfuzlu yarışda gümüş medal qazanıblar.
Xatırladaq ki, Azərbaycan “Böyük dəbilqə” turnirində 6 cüdoçu ilə təmsil olunub.
Yarışda 52 ölkədən 285 idmançı iştirak edib.