SİYASƏT
PARLAMENT XƏBƏRLƏRİ
Komitənin sayca III olacaq işçi qrupunun iclasında təşkilatın reqlamenti ilə bağlı məsələlər barəsində fikir mübadiləsi aparılacaqdır.
*** *** ***
Parlamentin deputatı Gültəkin Hacıyeva Avropa Şurası Parlament Assambleyasının Hüquqi İşlər və İnsan Haqları Komitəsinin sentyabrın 17-18-də Böyük Britaniyanın Edinburq şəhərində keçiriləcək iclasında iştirak edəcəkdir.
Tədbirdə Avropa İnsan Hüquqları Məhkəməsi sistemində islahatların aparılması, Avropa Birliyinin genişləndirilməsi, təcridxanalarda vəziyyət, internet və hüquq məsələləri müzakirə olunacaqdır.
*** *** ***
Milli Məclisin deputatı Vaqif Abdullayev Latviya parlamentinin və buradakı Azərbaycan diasporunun təşəbbüsü ilə keçiriləcək tədbirdə iştirak etmək üçün sentyabrın 15-dən 20-dək Riqada səfərdə olacaqdır.
Tədbirdə Vaqif Abdullayevin cənab İlham Əliyev haqqında yazdığı və latış dilində çap olunmuş “O, böyük siyasətə hazırdır” adlı kitabın təqdimat mərasimi keçiriləcək, Azərbaycan-Latviya əlaqələri barədə fikir mübadiləsi aparılacaqdır.