Azərbaycan Dövlət İnformasiya Agentliyi

Parlamentdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə edilib

Bakı, 15 fevral AZƏRTAC

Fevralın 15-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Siyavuş Novruzov iclasda bir məsələnin - Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirə olunacağını deyib.

Komitə sədri bildirib ki, Ədliyyə Nazirliyinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2022-ci il üzrə illik məruzəsi dolğun və əhatəli hazırlanıb. Məruzədə həm bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət, həm də onlara metodoloji yardım üzrə il ərzində həyata keçirilən məqsədyönlü işlər, digər əhəmiyyətli tədbirlər barədə ətraflı məlumat verilib. O, ilk növbədə, vurğulayıb ki, dövlətimizin başçısının Sərəncamı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə 2023-cü il “Heydər Əliyev İli” elan olunub. Bununla əlaqədar olaraq bütün dövlət orqanlarında, o cümlədən Milli Məclisdə parlamentin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə tədbirlər planı qəbul olunub. Bildirilib ki, Azərbaycan Konstitusiyasında bələdiyyələrlə bağlı müddəaların öz əksini tapması, onların formalaşması və inkişafı, özünüidarəetmə orqanlarının fəaliyyətinə dair qanunvericilik bazasının yaradılması Ümummilli Liderin adı ilə bağlıdır.

Siyavuş Novruzov qeyd edib ki, ölkəmizdə bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə, qəbul etdiyi qərarların qanunvericiliyə uyğun olmasına nəzarət həyata keçirilir. Hər hansı qanun pozuntusu zamanı aidiyyəti strukturlar tərəfindən bunların aradan qaldırılması istiqamətində lazımi işlər görülür və bununla bağlı göstəricilər məruzədə geniş şəkildə öz əksini tapıb. Sənəddə bildirilir ki, hesabat dövründə qanunsuz bələdiyyə aktlarının ləğvi, bir sıra aktların dəyişdirilməsi məqsədilə təkliflər verilib. Bəzi təkliflər bələdiyyələr tərəfindən təmin edilmədiyinə görə Ədliyyə Nazirliyi tərəfindən məhkəmələrdə iddialar qaldırılıb. Bununla yanaşı, bələdiyyələrin gəlirləri, yerli vergi və ödənişlər, hüquqi maarifləndirmə, bələdiyyə torpaqlarının icarəyə verilməsi, onların effektiv istifadəsi ilə bağlı məqamlar məruzəyə daxil edilib.

Hesabatda bələdiyyələrin beynəlxalq əlaqələrinin qurulması, dünyanın aparıcı ölkələrinin təcrübəsinin öyrənilməsi, bələdiyyə işçilərinin etik-davranış qaydalarına əməl etməsi, yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin təşkilində informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə olunması, ictimaiyyətlə əlaqələrin qurulması ilə bağlı məlumatlar da verilib.

Ölkə həyatının bütün sahələrində olduğu kimi, regional inkişafla bağlı islahatların da aparıldığını deyən komitə sədri, bu sahədə yeni formaların tətbiq olunduğunu və bu baxımdan bələdiyyələrin yeni strukturlara uyğunlaşdırılması məsələsinin vacibliyini qeyd edib. O, həmçinin bələdiyyə seçkiləri ilə bağlı məsələyə də toxunub, bununla əlaqədar lazımi hüququ bazanın olduğunu söyləyib, bu sahədə mövcud qaydalar barədə fikirlərini açıqlayıb.

Sonra ədliyyə nazirinin müavini Vilayət Zahirov Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdim edib.

Diqqətə çatdırılıb ki, Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrlə iş iki əsas istiqamət - bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət və bələdiyyələrlə metodoloji iş və maarifləndirmə üzrə aparılıb. O qeyd edib ki, ilk dəfə olaraq 2022-ci ildə inzibati nəzarət orqanına təqdim olunan bələdiyyə aktlarının sayı 95 mindən çox olub. Ümumilikdə həm aktlar, həm də müraciətlər üzrə inzibati nəzarət icraatı zamanı 3800-ə yaxın aktın dəyişdirilməsi və ya ləğvi məqsədi ilə bələdiyyələrə təkliflər verilib. İnzibati nəzarət icraatı zamanı 27 halda ciddi qanun pozuntuları aşkar edilərək, toplanmış sənədlər ümumi qiymətləndirmə üçün aidiyyəti üzrə göndərilib. Ötən il ərzində inzibati nəzarət orqanının təklifi və ya məhkəmə iddiaları əsasında ümumilikdə 13 min hektardan çox torpaq sahəsinin qanunsuz verilməsi barədə bələdiyyə qərarları ləğv edilib.

Bildirilib ki, hesabat ilində bələdiyyələrin fəaliyyəti ilə bağlı müraciətlərə baxılmasına diqqət daha da artırılıb. Qanunvericiliklə müəyyən edilmiş qaydada baxılmış 4594 müraciətdən 4008-i təmin edilib və bu, əvvəlki illə müqayisədə 39 faiz çoxdur. Qeyd edilib ki, xüsusi nəzarətə götürülən şəhid ailələrinin, müharibə əlilləri və iştirakçılarının müraciətlərindən 132-si təmin edilib. Bu da əvvəlki illə müqayisədə 30 faiz çoxdur.

Nazir müavini deyib ki, 2022-ci ildə bələdiyyələrin fəaliyyətinin qanunauyğun təşkilinə yardım tədbirlərinin səmərəliliyinin artırılması da diqqət mərkəzində saxlanılıb. Bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərlə bağlı müsbət nəticələr əldə edilib, yerli büdcə gəlirlərində artım müşahidə olunub. Ötən il ərzində fiziki şəxslərin torpaq və əmlak vergisi üzrə yerli büdcələrə 2021-ci illə müqayisədə 2 milyon manat çox vəsait daxil olub. Son iki ildə bununla bağlı yerli büdcələrə 6,5 milyon manata yaxın, yəni 2020-ci illə müqayisədə 50 faiz çox əlavə vəsait daxil olub.

Qeyd edilib ki, bələdiyyə torpaqlarından qanunauyğun, səmərəli istifadə olunması da yerli büdcə gəlirlərinin artımına müsbət təsir göstərir. Bu sahədə işlərin davamlılığı il ərzində diqqətdə saxlanılıb. Belə ki, inzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 14 min hektar torpaq sahəsinin qanunsuz ayrılması ilə bağlı bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə nazirlik tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib.

Bildirilib ki, bələdiyyələrə yerli büdcə məsələləri ilə bağlı metodoloji yardım göstərilməsinə, müxtəlif metodik vəsait və tövsiyələrin hazırlanmasına baxmayaraq, bu sahədə bir sıra pozuntulara hələ də yol verilir. Bununla bağlı hər bir bələdiyyə üzrə mövcud nöqsan və çatışmazlıqlar göstərilməklə qanunvericiliyin tələblərini izah edən tövsiyələr göndərilib, maliyyə məsələlərinin düzgün tənzimlənməsi məqsədilə maarifləndirmə işləri aparılıb.

Diqqətə çatdırılıb ki, ölkəmizdə qəbul olunan dövlət proqramlarında yerli özünüidarəetmə ilə bağlı tapşırıqlarda bələdiyyələrin fəaliyyətində ictimai iştirakçılığın təmini, şəffaflıq və hesabatlılığın gücləndirilməsi əsas prioritetlərdən biri kimi müəyyən olunur. 2022-ci ildə insanların rifahının yaxşılaşdırılması naminə sosial, iqtisadi və digər sahələrdə tədbirlərin həyata keçirilməsində, yerli əhəmiyyətli məsələlərin həllində iştirak edən bələdiyyələrin rolunun ölkə ictimaiyyətinə çatdırılması məqsədilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2021-2023-cü illər üzrə Kommunikasiya Strategiyası”nda bir sıra hədəflər müəyyənləşdirilərək, onların icrası üzrə bələdiyyələrlə metodoloji iş aparılıb. “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq “Bələdiyyələrlə iş portalı”nın daha təkmil, yeni versiyası hazırlanıb. Yerli özünüidarəetmə sahəsində Ədliyyə Nazirliyinin gördüyü işlər, o cümlədən illik məruzələr, bələdiyyələrə metodoloji kömək məqsədilə hazırlanmış metodik vəsait və tövsiyələr, həmçinin bu sahəni tənzimləyən qanunvericilik aktları barədə məlumatlar portalda öz əksini tapıb.

Qeyd olunub ki, il ərzində yerli özünüidarəetmə sahəsində Ədliyyə Nazirliyi tərəfindən görülən işlər barədə vətəndaşların məlumatlandırılması, eləcə də aktual məsələlərlə bağlı bələdiyyələrin maarifləndirilməsi məqsədilə nazirliyin rəsmi saytından və kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə edilib.

Nazir müavini deyib ki, ümumilikdə 2022-ci il ərzində həyata keçirilən tədbirlər ölkəmizdə bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunmasına, yerli büdcə gəlirlərinin artırılmasına, bələdiyyələrin yerli özünüidarəetmə orqanı kimi ictimai nüfuzunun yüksəldilməsinə və digər aktual məsələlərə həsr olunub.

Sonra təqdim olunan məruzə ətrafında müzakirələr aparılıb. Müzakirələrdə çıxış edən komitənin sədr müavini Elşən Musayev, üzvləri Nizami Cəfərov, Aqil Məmmədov, Kamran Bayramov, Tahir Rzayev, Emin Hacıyev, Səbinə Xasayeva, Səttar Möhbalıyev məruzənin əsaslandırılmış şəkildə və əhatəli hazırlandığını söyləyiblər. Deputatlar bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması, onların maliyyə mənbələri, büdcəsinin yaxşılaşdırılması ilə bağlı fikirlərini açıqlayıblar, yerli özünüidarəetmə orqanlarında işin qurulması ilə bağlı metodik vasitələrin hazırlanması, maarifləndirmə prosesinin aparılması, bələdiyyələrin fəaliyyətinin təbliğinin əhəmiyyətindən bəhs ediblər, bir sıra qeyd və təkliflərini bildiriblər.

Ədliyyə nazirinin müavini Vilayət Zahirov deputatların səsləndirdikləri sualları cavablandırıb, qaldırılan bəzi məsələlərə aydınlıq gətirib.

Müzakirələrin sonunda Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müsbət qiymətləndirilib və Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ və Britaniya vətəndaşlarını Səudiyyə Ərəbistanına səfərlərlə bağlı ehtiyatlı olmağa çağırıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

İran ABŞ-nin regiondakı texnoloji infrastrukturunu hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib

Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir