Paytaxt birinciliyində 639 cüdoçu mübarizə aparır
Bakı, 6 mart, AZƏRTAC
“Sərhədçi” Olimpiya İdman Mərkəzində kiçik yaşlı cüdoçular arasında Bakı şəhər birinciliyinə start verilib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC-a bildiriblər ki, 2007-2009-cu il təvəllüdlü cüdoçuların mübarizə apardıqları turnir üç gün davam edəcək. Paytaxt birinciliyində 75 klubdan 639 cüdoçu medallar uğrunda yarışır.