Paytaxt sakinindən bir kiloqramdan çox heroin götürülüb
Bakı, 7 may, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər - Bakı şəhər sakinləri Ş.Əliyev və İ.Xudaverdiyev Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıblar. Şəxsi axtarış zamanı İ.Xudaverdiyevdən 1 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.