Paytaxt sakininin içərisində 17 min manat olan pulqabısını oğurlayan şəxs yaxalanıb
Bakı, 28 yanvar, AZƏRTAC
Bakıda şəhər sakininin pulqabısını oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 23-də Xətai rayonu ərazisindəki marketlərin birindən Bakı şəhər sakini R.Vəlizadənin içərisində 17 min manat məbləğində pul və sənədlər olan pulqabısını oğurlamaqda şübhəli bilinən N.Sayadov rayon polis idarəsinin 34-cü polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.