PEKİNDƏ KEÇİRİLƏN PARALİMPIYA OYUNLARINDA AZƏRBAYCAN İDMANÇILARI İKİ BÜRÜNC MEDAL QAZANMIŞLAR
Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Pekində keçirilən XIII Yay Paralimpiya Oyunlarının birinci günü sentyabrın 7-də cüdo yarışları üzrə 60 kiloqram çəki dərəcəsində çıxış edən həmyerlimiz Ramin İbrahimov birinci medal qazanmışdır.
İlk iki görüşdə Ukrayna və Rusiya cüdoçuları üzərində qələbə qazanan güləşçimiz finala vəsiqə uğrunda mübarizədə Əlcəzair idmançısına məğlub olmuşdur. Üçüncü yer uğrunda görüşdə Ramin Böyük Britaniya idmançısına qalib gələrək bürünc medala sahib olmuş və yığma komandamıza ilk qələbə sevinci yaşatmışdır.
Yarışların ikinci günü də idmançılarımız üçün uğurlu başlamışdır. Vladimir Zayets üç təkanla tullanmada yarışların bürünc medalını qazanmışdır. Daha bir idmançımız - Elçin Muradov isə 100 metr məsafəyə qaçışda yarımfinala çıxmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [13:11]
AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub
- 16.06.2026 [12:54]
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək
- 16.06.2026 [12:46]
“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb
- 16.06.2026 [12:40]
Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək
- 16.06.2026 [12:12]
Tunis millisinə yeni baş məşqçi təyin olunub
- 16.06.2026 [12:05]
Toral Bayramov: Portuqaliya millisi dünya çempionatındakı favoritimdir
- 16.06.2026 [11:50]
Bakıda keçiriləcək UFC turnirinə 67 ölkədən biletlər alınıb
- 16.06.2026 [11:22]