Pekinin koronavirusa görə gündə 50 min test etmək imkanı var
Pekin, 1 may, AZƏRTAC
Çinin paytaxtı Pekinin yeni növ koronavirusla (COVID-19) əlaqədar gündəlik nuklein turşu (RNT) testi aparmaq imkanı 50 minə çatdırılıb.
AZƏRTAC xəbər verir ki, şəhər hökuməti paytaxtdakı bütün xəstəxanaların və digər tibb ocaqlarının test aparmaları üçün müvafiq işlər görüb. Bütün COVID-19 pasiyentləri və onlarla yaxın təmasda olanlar nuklein turşu testindən keçməsi məcburidir. Bundan başqa, tənəffüs orqanlarında nasazlıq əlaməti olanların da müvafiq testdən keçməsi tələb olunur.
Qeyd edək ki, ötən sutka ərzində Çində COVID-19 infeksiyasına 12 yeni yoluxma halı aşkarlanıb. Onlardan yarısı xarici mənşəli, digər yarısı isə Xeyluncian vilayətində və Daxili Monqolustan muxtar rayonunda yerli ötürülmə vasitəsilə yoluxmalardır. Ötən gün 32 pasiyent müalicəni başa vuraraq, xəstəxananı tərk edib.
Çinin materik hissəsində indiyədək 82 min 874 nəfər yoluxub, 4633 nəfər ölüb, 77 min 642 nəfər sağalıb. Yoluxma hallarının 1670-i xarici mənşəli olub.
Çinin Honkonq xüsusi inzibati bölgəsində indiyədək 1037 yoluxma və 4 ölüm, Makao xüsusi inzibati bölgəsində 45 yoluxma, Tayvan adasında isə 429 yoluxma və 6 ölüm baş verib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]