PENSİYA VƏ MÜAVİNƏTLƏR VAXTINDA ÖDƏNİLİR
Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, kollektiv ilin birinci rübünü uğurla başa vurmuşdur. Belə ki, büdcə və qeyri-büdcə təşkilatlarından proqnozlaşdırılmış 876 min 900 manat əvəzinə 1 milyon 104 min 200 manat sosial sığorta toplanmışdır. Bu da rayonda pensiya və müavinətlərin vaxtında ödənilməsinə şərait yaratmışdır.