Peru parlamenti Kolumbiya prezidentinin arzuolunmaz şəxs elan edilməsini dəstəkləyib
Bakı, 18 fevral, AZƏRTAC
Peru Konqresi (parlament) kəskin çıxışlarına görə Kolumbiya Prezidenti Qustavo Petronun arzuolunmaz şəxs elan edilməsinin lehinə səs verib.
AZƏRTAC xəbər verir ki, qanunverici orqanın “Twitter” səhifəsində yerləşdirilən məlumata görə, Konqres 72 səslə Qustavo Petronun bəyanatlarının qınanılması barədə təklifi dəstəkləyib. Müzakirəyə çıxarılan sənədin mətnində deyilir ki, Kolumbiya lideri Peruda arzuolunmaz şəxs elan edilməlidir.
Bir müddət öncə Kolumbiya Prezidenti Qustavo Petro çıxışı zamanı Peru polisinin “nasistlər kimi xalqın üstünə yürüş” etdiyini bildirmişdi.
2022-ci il dekabrın 7-də dövlət başçısı Pedro Kastilyonun vəzifədən kənarlaşdırılmasından sonra Peruda etiraz dalğası baş qaldırıb. Nümayişçilər Dina Boluartenin istefası, parlamentin buraxılması, yeni seçkilərin keçirilməsi və konstitusiya assambleyasının çağırılması tələbi ilə küçələrə çıxıblar. Etirazçılarla hüquq-mühafizə orqanları arasında baş verən toqquşmalarda onlarla insan həlak olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]