Azərbaycan Dövlət İnformasiya Agentliyi

Peşəkar xəbər istehsalının 30 illik ünvanı - “Trend”dən reportaj VİDEO

Bakı, 1 sentyabr, Günel Türksoy, Azər İbrahimov, Namiq Abdullayev, AZƏRTAC

Azərbaycanın media məkanında özünəməxsus yeri olan və informasiya sahəsində dayanıqlı fəaliyyəti ilə seçilən “Trend” Beynəlxalq İnformasiya Agentliyi bu il 30 illik yubileyini qeyd edir. 1995-ci il sentyabrın 1-də fəaliyyətə başlayan bu agentlik zamanın çağırışlarına uyğun şəkildə inkişaf edərək, ölkənin və regionun aparıcı xəbər mənbələrindən birinə çevrilib.

Üç onillik isə sadəcə bir rəqəm deyil, bu, jurnalist zəhmətinin, obyektivliyin, operativliyin və peşəkarlığın tarixi deməkdir. Bu illər ərzində “Trend” yalnız xəbərləri çatdırmaqla kifayətlənməyib, həm də ictimai rəyin formalaşmasında mühüm rol oynayıb, etibarlı informasiya körpüsü olaraq cəmiyyətlə dövlət arasında vasitəyə çevrilib.

Agentliyin 30 yaşının tamam olması münasibətilə AZƏRTAC-ın əməkdaşları “Trend”in qonağı olub, həmkarlarının yubiley sevincini bölüşüblər.

Həqiqəti dünyaya çatdırmaq missiyası

“Trend”in baş direktorunun müavini Elçin Alıoğlu ilə söhbət zamanı o, burada çalışdığı illəri qazandığı və gəncləşdiyi dövr kimi qiymətləndirib: “İnformasiya, xəbər agentliyi, xəbər sistemi elə bir sahədir ki, bu gün dünənə, sabah isə bu günə bənzəmir. “Trend” artıq 30 ildir ki, Azərbaycanın informasiya “səngərindədir”. Biz yalan xəbərlərə qarşı döyüşürük. Azərbaycanın həqiqətlərini dünya ictimaiyyətinə çatdırırıq. Yalnız Azərbaycanın həqiqətlərini deyil, ümumilikdə həqiqəti dünyaya təqdim etmək missiyamızdır. Dünyanın ən nüfuzlu informasiya agentlikləri, media strukturları ilə əməkdaşlıq edirik. Şərq, qərb, cənub və şimalda “Trend” etibarlı və inamlı mənbə kimi tanınır. Hətta belə bir deyim var: Əgər “Trend” xəbər verirsə, deməli, bu, doğrudur. Biz hər zaman bu səviyyəni qorumağa çalışırıq. Azərbaycan mediası üçün də əsas məsələ təkcə xəbəri hamıdan tez çatdırmaq deyil, yoxlanılmış şəkildə təqdim etməkdir. Xəbər, sadəcə, informasiyanın ötürülməsi deyil, həm də orada adı çəkilən hüquqi və fiziki şəxslərə hörmət məsələsidir. Bu baxımdan “Trend” çalışır ki, tərəfsiz yox, tərəfli olsun. “Trend” haqqın və ədalətin tərəfindədir. Bizim tərəfimiz Azərbaycan dövlətçiliyi və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdir. İnformasiya savaşında biz hamımız həmin siyasətin əsgərləriyik. Ölkəmizə qarşı təsirlərin, təzyiqlərin olmasına imkan verməməyə çalışırıq və Azərbaycan həqiqətlərini dünyaya çatdırırıq. Hesab edirəm ki, bu işdə böyük uğurlar əldə etmişik. Məsələn, Avropa İttifaqında “Trend” ən çox istinad edilən və oxunan informasiya resursları arasında dördüncü yerdədir. MDB məkanında isə Ermənistan istisna olmaqla, elə bir ölkə yoxdur ki, “Trend”ə həmin ölkənin tanınmış şəxsləri, təşkilatları və dövlət qurumları abunə olmasın. Biz informasiya bazarında yerimizi möhkəm tutduğumuzu düşünürük. Çünki yerimiz artıq 30 ildir ki, sabitdir və inkişaf yolundadır. Keçmişin səhvlərini təkrarlamamaq üçün yalnız dəqiqliyə, dolğunluğa və etibarlı məlumata əsaslanırıq. Bizim üçün birinci dərəcəli məsələ Azərbaycan insanının, vətəndaşının rifahı, informasiya təhlükəsizliyi və informasiya dolğunluğunun təmin edilməsidir”.

Baş direktorun müavini qeyd edib ki, informasiya məkanı və texnologiyaları son illərdə böyük dəyişikliklərdən keçib. Bu baxımdan “Trend” də hər gün ən yeni texnologiyalarla işləyir və inkişafı izləyir: “Süni intellekt və informasiya təhlükəsizliyinə “Trend”in yanaşmasına gəlincə, biz xəbər istehsalçısıyıq və istehsal zamanı süni intellektdən istifadə etmirik. Çünki süni intellekt dezinformasiya, qeyri-dəqiqlik və yanlış məlumat riskini dəfələrlə artırır. Məsələn, hazırda yalnız ChatGPT yox, 840 süni intellekt proqramı mövcuddur. Onların içində ilk yüzlükdə və hətta ilk onluqda olanlar var. Ən son texnoloji yeniliklərdən çox ehtiyatla istifadə edirik. Çünki bu yeniliklərdən düzgün istifadə olunmadıqda, qarşısıalınmaz fəsadlara səbəb ola bilər. Sadə bir cümlə və ya söz yayıldıqdan sonra, təkziblərin sayından asılı olmayaraq, informasiya dalğası yaradır. Ona görə də süni intellekt və digər texnoloji vasitələrdən çox ehtiyatla, balanslı şəkildə istifadə edilməlidir. Biz çox vaxt süni intellektin uğurlarından danışırıq, amma zərərləri barədə düşünmürük. Hibrid informasiya savaşında Azərbaycanın mövqelərinin qorunması, hücumların qarşısının alınması əsas məsələlərdəndir. Biz isə bunu sözlə və xəbərlə edirik. “Trend” fasiləsiz fəaliyyət göstərir. Bizim işimizdə nə xəbərin axınında, nə də çatdırılmasında fasilə var. Ən yaxşı nəticəni vermək üçün həm də maliyyə rentabelliyini qoruyuruq. Bu, həm əməkdaşların rifahının yüksəldilməsi, həm daha çox vergi ödəmək, həm də Azərbaycan iqtisadiyyatına əlavə töhfə vermək deməkdir. Xaricdə isə abunəçilərimizin sayı minlərlədir. Onların arasında Prezident administrasiyaları, dövlət qurumları, transmilli şirkətlər, müxtəlif biznes strukturları var. Hazırda “Trend” dünyada təxminən 63 ölkədə istinad edilən və istifadə olunan xəbər mənbəyidir. Eyni zamanda, dünyanın ən nüfuzlu media qurumlarının üzvüyük, bəzilərinin İdarə Heyətində təmsil olunuruq, bəzilərinin idarəolunmasında iştirak edirik. Qazandığımız vəsaiti isə yeni layihələrə və inkişaf işlərinə yönəldirik. Dünyanın müxtəlif ölkələrində yeni layihələrə start vermişik. Bunlar böyük maliyyə, vaxt və resurs tələb edir, amma biz bunu Azərbaycan və azərbaycanlılar üçün edirik. Əldə etdiyimiz nəticələr həm uğurlu, həm də rentabellidir. Biz “Trend” xəbər verirsə, deməli, düzgündür” deyimindən də şüar kimi istifadə etmirik. Bu, bizim üçün nə sloqan, nə də reklam vasitəsidir. Bizim əsas şüarımız “Vətənə xidmət”dir. “Trend xəbər verirsə, düzgündür” – bu, o deməkdir ki, bizdə hər bir xəbər təşkilat daxilində bir neçə yoxlama mərhələsindən keçir. Hər mərhələdə peşəkarlar yoxlama aparır və yaranan suallara xəbərin müəllifi mütləq cavab verməlidir. Birtərəfli, qərəzli və emosional yanaşma bizə yaddır. Çünki informasiya çox önəmlidir”.

Azərbaycanın digər xəbər agentliklərinə uğur arzulayan E.Alıoğlu onları rəqib görmədiyini, əksinə, həmkarlarının uğurlu fəaliyyət göstərməsinin onlar üçün faydalı olduğunu qeyd edib: “Bu, bəlkə ilk baxışdan paradoksal görünə bilər, amma belə deyil. Sizin yaxşı işləməyiniz bizim güclü olmağımız deməkdir. İdmandakı kimi sizin sparrinq tərəfdaşın nə qədər güclüdürsə, siz də bir o qədər güclüsünüz. Bir var Çempionlar Liqasında oynamaq, bir də var ki, hansısa əyalət komandası olasan. Biz isə həmişə “çempionlar liqası” səviyyəsində fəaliyyət göstərməyə çalışırıq və istəyirik ki, rəqiblərimiz də güclü olsunlar”, - deyə baş direktorun müavini diqqətə çatdırıb.

Xarici əlaqələr və hədəflər

“Trend”in baş redaktoru Emin Əliyev söhbət zamanı təmsil etdiyi qurumu digər agentliklərdən fərqləndirən əsas xüsusiyyətlərə toxunub. Bildirib ki, onların fəaliyyəti daha çox xarici bazarlara yönəlib:“Abunəçilərimizin, oxucularımızın və tərəfdaşlarımızın böyük əksəriyyəti - təxminən 90 faizdən çoxu xaricdədir. Onların arasında şirkətlər, beynəlxalq təşkilatlar, səfirliklər, o cümlədən Avropa ölkələri və Amerika Birləşmiş Ştatları var. Əsas fəaliyyət istiqamətlərimizdən biri Xəzəryanı ölkələrin, Mərkəzi Asiya dövlətlərinin, qonşu İranın xəbərləri və iqtisadi təhlilləridir. Portfoliomuzda onlarla xüsusi informasiya məhsulu mövcuddur və biz onları abunəçilərimizə təqdim edirik. Bu məhsulların böyük hissəsi məhz xaricə yönəlib. Məsələn, Qazaxıstan, Özbəkistan, İran və Azərbaycan kimi ölkələrin iqtisadi təhlilləri, analitik materiallar, renkinqlər, rəqəmlərə əsaslanan statistik bülletenlər hazırlanır. Bu məhsullara olan tələbat ildən-ilə artdıqca, bizim də mövqeyimiz və gəlirlərimiz yüksəlir. Beləliklə, fərqimiz ondadır ki, biz təkcə Azərbaycanın iqtisadiyyatını, siyasətini və cəmiyyətini deyil, daha geniş bir coğrafiyanı əhatə edirik. Cənubi Qafqaz, Xəzəryanı ölkələr və Mərkəzi Asiya bizim diqqət mərkəzimizdədir”.

Emin Əliyev hazırda yeni bazarlara çıxış imkanlarını araşdırdıqlarını diqqətə çatdırıb: “Artıq Avropa, Balkan və Baltikyanı ölkələrdə ilk addımlarımızı atmışıq. Mərkəzi Asiya regionunda tətbiq etdiyimiz modelimizi indi yeni coğrafiyalarda da həyata keçirməyə başlamışıq. Bir ildən çoxdur ki, Mərkəzi Avropa ölkələri üçün xüsusi informasiya portalını təqdim etmişik. Bu layihə Avropa Xəbər Agentlikləri Alyansı ilə birgə həyata keçirilir. Portal multimodal xarakter daşıyır və bir neçə dildə fəaliyyət göstərir. Portalın auditoriyası, əsasən, Mərkəzi və Şərqi Avropa, həmçinin Balkan ölkələridir. Bu bazarı çox perspektivli hesab edirik. Artıq layihəmiz fəaliyyətə başlayıb və demək olar ki, Mərkəzi Avropa bazarında öz mövqeyini tutub. Hazırda həmin bazarda məhsulumuz yerli media qurumları səviyyəsində qəbul olunur və regionun siyasi mənzərəsinə daxil olaraq müəyyən təsir imkanlarına malikdir”.

Layihənin agentliyin Avropadakı komandası tərəfindən idarə edildiyini deyən baş redaktor informasiya təhlükəsizliyi ilə bağlı dəstəyin tam olaraq Azərbaycandan həyata keçirildiyini bildirib: “Bizim İT komandamız müstəqil bir vahid kimi fəaliyyət göstərir və proqramlaşdırma, proqram təminatı, back-end və front-end, development üzrə tam xidmət göstərir. Öz resurslarımızla hazırladığımız texnoloji platforma sonradan tərəfdaşların da marağına səbəb oldu. Əvvəlcə yalnız daxili istifadəyə uyğunlaşdırdığımız platformanı zamanla bazara çıxardıq. Nəticədə İT şöbəmiz ayrıca bir şirkətə çevrildi və yeni texnoloji məhsulumuzu bazara təqdim etdik. Artıq bir neçə ildir ki, bu texnoloji platformamız xarici bazarlara ixrac olunur. Hazırda Türkiyədə həmin platforma üzərində qurulan saytlar var və bunların arasında aparıcı media qurumları da mövcuddur. Bundan əlavə, Avropada da həm öz layihələrimiz, həm də tərəfdaşların layihələri məhz bizim texnoloji həllərimiz üzərində fəaliyyət göstərir. Bu səbəbdən artıq bu sahəni fəaliyyətimizin yeni bir istiqaməti kimi qəbul edirik. Yerli oxuculara təqdim edəcəyimiz yeniliklərə gəlincə isə istəyirik ki, onlara beynəlxalq keyfiyyətli informasiya məhsulu təqdim edək. Hər birimiz demək olar ki, yerli media subyektlərinin informasiya resurslarını, məhsullarını bir növ istehlak edirik. Açıq danışsaq, bu informasiyaların keyfiyyəti bizi heç də həmişə sevindirmir. Beynəlxalq səviyyədə təqdim etdiyimiz keyfiyyətli məhsulları yerli oxucularımıza da çatdırmağa çalışırıq. Söhbət təkcə iqtisadi, biznes, siyasi deyil, həm də gündəmə həsr olunmuş xəbərlərdən gedir. Məsələn, istənilən sosial şəbəkəyə qoşulsanız və baxsanız, görərsiniz ki, bir çox hallarda təəssüflər olsun ki, xəbərin mənbəyi qeyd edilmir. Eyni zamanda, texniki baxımdan mətn və ya video səhvlərlə dolu olur. İstəyirik ki, beynəlxalq partnyorlarımıza təqdim etdiyimiz yüksəkkeyfiyyətli xəbəri yerli oxuculara da ötürək. Bu zaman yerli oxucu keyfiyyətcə fərqli bir məhsula öyrəşmiş olacaq. Bir neçə ildir ki, bu istiqamətlə fəaliyyətlə başlamışıq və inanıram ki, yaxın gələcəkdə bu öz effektini verməyə başlayacaq”.

Agentliyin sosial şəbəkələrə yanaşması məsələsinə də toxunan baş redaktor “Trend”in bu dəbə uyğunlaşmadığını vurğulayıb. Bildirib ki, dəbə uyğunlaşmama təsadüfi yox, qəsdən verilmiş bir qərardır. “Dünya miqyasında da nümunələr var ki, nüfuzlu media qurumları sırf sosial şəbəkələrə fokuslandığı üçün öz resurslarını sıfıra endirib və az qala iflas həddinə çatdırıblar. Bunun səbəbi yalnız sosial şəbəkə trendinə qapılmaq olub. Nəticədə klassik, peşəkar, rəqabətqabiliyyətli jurnalistika qurban verilib. Çoxları trafikin, kliklərin, “şok xəbər”, “son dəqiqə” başlıqlarının arxasınca gedib. Bunun nəticəsində bəzən “like” və “share” baxımından böyük rəqəmlər əldə etmək mümkün olub. Amma söhbət etibarlılığa, inama, xüsusilə də qərarverici şəxslərin və təşkilatların rəyinə gəldikdə, artıq həmin media qurumlarının nüfuzunun xeyli zədələndiyi aydın görünür. 10-15 il əvvəl çox populyar olan, hamının oxuduğu nüfuzlu media qurumlarına bu gün “sarı mətbuat” deyə bilməsək də, ən azı “narıncı mətbuat” deyə bilərik. “Trend” isə bu yolla getmədi. Bir neçə il əvvəl qəbul etdiyimiz strategiyamızda qəsdən öz adımızı və nüfuzumuzu sosial şəbəkələrin təsirinə qurban vermədik. Məqsədimiz sosial şəbəkələrdə milyonlarla baxış və ya bəyənmə toplamaq deyil, peşəkar və keyfiyyətli informasiya məhsulu hazırlamaq, onu nüfuzlu və anlayışlı abunəçilərə təqdim etməkdir”, - deyə baş redaktor vurğulayıb.

30 illik möhür və gözləntilər

Agentliyin Azərbaycan dili xidmətinin müdiri Fərid Zöhrabov isə artıq 10 ildir burada çalışır: “Bu illər ərzində işimizin rahat və çətin tərəflərini görmüşəm. “Trend”də işləmək böyük təcrübədir. Bu il “Trend”in 30 yaşı tamam olur. Bu, çox böyük rəqəmdir. Azərbaycanın müstəqilliyinin 34 yaşı varsa, onun 30 ilində “Trend” fəaliyyət göstərib. Bu da “Trend”in ölkəmizin ən seçilən və etibarlı agentliklərindən biri olmasının göstəricisidir. Bu işin bir parçası olmaq mənim üçün böyük qürurdur. Burada böyük kollektiv fəaliyyət göstərir. Düşünürəm ki, “Trend” 30 il ərzində Azərbaycan mediasında sözünü deyə bilib. Bu uğurların müəyyən hissəsində bizim də payımız var. Gecə-gündüz çalışır və hər gün yüzlərlə xəbəri oxucularımıza təqdim edirik. “Trend”in digər informasiya agentliklərindən əsas fərqi ondadır ki, bizdə qeyri-ciddi xəbərlərə rast gələ bilməzsiniz. “Trend” həm də etibarlı ictimai mənbələrdən biridir. Mənim üçün də bu çox dəyərlidir, çünki “Trend” mənim ilk iş yerim olub və bu gün də fəaliyyətimi burada davam etdirirəm. “Trend”in fərqləndirici cəhətlərindən biri də odur ki, 30 illik fəaliyyət dövründə agentlik beynəlxalq media qurumları tərəfindən dəfələrlə müxtəlif mükafatlara və sertifikatlara layiq görülüb. Azərbaycanda da “Trend” etibarlı mənbə kimi tanınır”.

“Trend”in gənc əməkdaşı, 2 aydır burada fəaliyyət göstərən Gülnarə Rəhimova da agentliyin yubileyinə sevinənlərdəndir. ““Trend”i seçməyimin əsas səbəbi özünəməxsus üslubu və hadisələrə peşəkar yanaşmasıdır. Universitetdə oxuyarkən dəfələrlə müəllimlərimiz “Trend”in xəbərlərindən misal gətirirdilər. Digər agentliklərdən də nümunələr öyrənmişik, amma məhz “Trend”in üslubu məni daha çox cəlb etdi”, - deyə gənc müxbir bildirib.

Beləliklə, üç onillikdir fəaliyyət göstərən agentlik Azərbaycan mediasının inkişafında özünəməxsus rol oynamaqda davam edir. Müasir texnologiyaların tətbiqi, obyektiv və sürətli informasiya çatdırılması prinsipləri ilə “Trend” gələcəkdə də ölkənin və regionun informasiya məkanında etibarlı səs olaraq qalacaq. Bu yubiley həm də yeni hədəflər və çağırışlar qarşısında “Trend”in hazır olduğunu göstərir. İnformasiya əsrində davamlı inkişaf və yeniliklərə açıq olmaqla, agentlik jurnalistikanın ən yüksək standartlarını qorumaq və geniş ictimaiyyətə dəqiq, operativ xəbərlər təqdim etmək missiyasını daha da gücləndirəcək.

“Trend”in 30 illik yolu həm keçmişin zəngin təcrübəsi, həm də gələcəyə inamlı baxışla Azərbaycan mediasının parlaq səhifələrindən biri olaraq qalacaq. Biz də AZƏRTAC olaraq, həmkarlarımızın yubileyini bir daha təbrik edir, onlara yeni uğurlar arzulayırıq!

 

Peşəkar xəbər istehsalının 30 illik ünvanı - “Trend”dən reportaj  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sudanın Darfur bölgəsində son 40 ilin ən quraq mövsümü yaşanır

Azərbaycanın aerobika gimnastı: Qızılın sahibi biz olmalı idik

Yəməndə son döyüşlər nəticəsində qaçqın düşənlərin sayı 94 min nəfərə çatıb

İspaniyada uğurlu nəticə qazanan Azərbaycan gimnastları Vətənə qayıdıblar

Naxçıvan Dövlət Kukla Teatrının 37-ci ildönümü qeyd olunub

“Gənclərin səsi – gənclərə dəstək”: layihə uğurla davam edir

Zaqatalada kənd təsərrüfatının inkişafına yeni layihələrlə töhfə verilir

Ciddədə VI Həcc konfransı və sərgisi keçiriləcək

Agentlik: Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb

Azərbaycan Tibb Universitetinin Anatomiya Muzeyinin kolleksiyasından “çoxbaşlı dəfn”ə aid beş qədim kəllə

Şəki rayonunun aqrar potensialından səmərəli istifadə edilməsi istiqamətində layihələrin icrası davam etdirilir

Ər-Riyadda IV Beynəlxalq Dənizçilik Forumu keçiriləcək

Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı başa çatıb

Bakıda TDT-yə üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşü iştirakçılarının şərəfinə ziyafət təşkil olunub

Naxçıvanda yeni tədris ilində 49 min şagird təhsil alacaq

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Dünyaşöhrətli alim Zaqatalada müəllimlərlə görüşüb

Çimərlik güləşi üzrə Azərbaycan millisi Dünya Seriyasının finalına hazırlaşır

Almaniyanın Litvadakı briqadasında şəxsi heyətin 80 faizi könüllülər hesabına komplektləşdirilib

Premyer Liqa: Son çempiondan inamlı qələbə

Agentlik: Paytaxtın mərkəzi hissəsindəki yollarda nəzərdə tutulan əsas təmir işləri tamamlanıb

Şotlandiya, Uels və Şimali İrlandiyanın liderləri müstəqilliklə bağlı memorandum imzalayıblar

Misirin Bənhə Universitetində tələbələrə Azərbaycan dili üzrə sertifikatlar təqdim edilib

Şamaxıda Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib

“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib

Bakıda Şeyx Seyyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans işə başlayıb VİDEO

Bakıda Şeyx Seyyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans işə başlayıb VİDEO

“Neftçi” Elvin Camalovla vidalaşıb

Ayxan Abbasovun millinin heyətini açıqlayacağı tarix bəlli olub

Bu saata olan əsas xəbərlər

Balakəndə aqrar sektorun inkişafı istiqamətində layihələr icra olunur

Tramp: İran tezliklə razılaşma əldə etmək istəyir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

C.Cahangirov adına Xorun bədii rəhbəri: "Xor sənəti və aşıq musiqisi" adlı xüsusi konsert proqramı hazırlayırıq

Şirvan suvarma kanalının yenidən qurulması ilə bağlı görülən işlərin hazırkı vəziyyəti nəzərdən keçirilib

Yeni tədris ili münasibətilə şəhid övladlarına məktəb ləvazimatları təqdim olunub

Media və Yayım Şurasında Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib

Yeni Dövlət Proqramı Tərtərdə kənd təsərrüfatının inkişafına yeni imkanlar yaradır

Rafail Tatikov: Müftilər Şurasının iclası türk dövlətləri arasında dini-mədəni dialoqun möhkəmlənməsinə xidmət edir VİDEO

Rafail Tatikov: Müftilər Şurasının iclası türk dövlətləri arasında dini-mədəni dialoqun möhkəmlənməsinə xidmət edir VİDEO

Aİ ölkələri Arktikada strateji maraqlarını qorumaq üçün fəaliyyətlərini gücləndirmək niyyətindədir

Xətai rayonunda yetkinlik yaşına çatmayan şəxsin ölümü ilə bağlı araşdırma aparılır

Braziliyalı futbolçu: “Şamaxı” ilə matçda heç-heçənin ədalətli olmadığını düşünürəm

Daşkəsəndə kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar nəzərdən keçirilir

Şəmkirdə Dövlət Proqramının icrası diqqətdə saxlanılır - təsərrüfatlara baxış keçirilib

Azad Məmmədov: Şuşa Teatrında dövlət sifarişi ilə “Pənahəli xan” tamaşası hazırlanır

Yeni tədris ilində şimal-qərb bölgəsində 82 min 528 şagird təhsil alacaq

Tahir Tağızadə etimadnaməsini Serbiya Prezidentinə təqdim edib

Krit adasının yaxınlığında miqrant qayığı qəzaya uğrayıb, 1 nəfər ölüb, 20 nəfər itkin düşüb

Göygöl rayonunda aqrar sahədə görülən işlərlə tanışlıq olub, sahibkarların təşəbbüsləri dinlənilib

IRENA: 2050-ci ilədək qlobal enerji istehlakında elektrik enerjisinin payı 50 faizi ötə bilər

Avropada qaz anbarlarının doluluq nisbəti 68 faizi ötüb

İsrailin Kaye Akademik Təhsil Kollecinin nümayəndə heyəti BDU-da

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Yeni dərs ili: “Keçiddə məktəb”

AFFA-nın təşkilatçılığı ilə “Yaşıl Top” sosial layihəsinə start verilib

Laşa Amaşukeli: Orta Dəhliz etibarlı Multimodal ticarət sisteminə çevrilə bilər

Azad olunmuş ərazilərdə aqroparklara, iri fermer təsərrüfatlarına, yeni intensiv meyvə bağlarına baxış keçirilib

Professor Nizami Həsənli – Azərbaycan və Türkiyənin elmini inkişaf etdirən alim nümunəsi

“Şəhərsalma və Memarlıq İli”nə dəyərli töhfə: yeni biblioqrafiya hazırlanıb

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib VİDEO

Qarabağ və Şərqi Zəngəzur hazırda dirçəliş və yüksəliş dövrünü yaşayır ŞƏRH

AQTA İtaliyanın identifikasiya ilə bağlı təcrübəsini öyrənir

“İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Folklorşünas-alimin yeni elmi-ədəbi toplusu çapdan çıxıb

“Azərişıq” rəqəmsal xidmətlərini “mygov” a inteqrasiya edir

Yunanıstanın kosmik robotları Ay və Mars missiyaları üçün sınaqdan keçiriləcək

Sahibə Qafarova: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafının gücləndirilməsinə xüsusi diqqət yetirilib

Türkiyəli baş məşqçi: Oyundan razı qalsam da, nəticə məni qane etmədi

Üç nəslin yurd hekayəsi: Nənə Rəbiyyə, gəlin Vəsilə və tələbə Rəbiyənin Böyük Qayıdışı VİDEO

Üç nəslin yurd hekayəsi: Nənə Rəbiyyə, gəlin Vəsilə və tələbə Rəbiyənin Böyük Qayıdışı VİDEO

Oman LNG ixracı üçün Hörmüz boğazına alternativ marşrutlar yaradılmasına çağırıb

AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun layihəsi beynəlxalq elm müsabiqəsinin qalibi olub

Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir VİDEO

Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir VİDEO

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

Anar Kərimov: Seyid Yəhya Bakuvinin irsi İslam mədəniyyətinə ən dəyərli töhfələrdəndir

Sabahdan paytaxtda marşrut xətlərinə 2530 avtobus cəlb edilir

Mahmut Erol Kılıç: Seyid Yəhya Bakuvi kimi şəxsiyyətlər bəşəriyyəti dostluğa və həmrəyliyə dəvət ediblər

BMU-nun rektoru 600-dən yuxarı bal toplayan tələbələrlə görüşüb

Havanın çirklənməsi pnevmoniya, sepsis və meningit riskini artıra bilər - Araşdırma

Riyaziyyat müəllimi: Texnologiya cavabı sürətləndirə bilər, amma düzgün sualı vermək hələ də insanın işidir

AAYDA-nın sədri Hacıqabul və Şirvan sakinlərinin müraciətlərini dinləyəcək

Nuriddin Xoliknazar: Seyid Yəhya Bakuvinin təlimində mənəvi saflaşma və yüksək əxlaq əsas yer tutur

Azərbaycan təmsilçisi basketbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb

İlk zəngdən bir gün qabaq VİDEO

İlk zəngdən bir gün qabaq VİDEO

Neftin qiymətinin artması Azərbaycanın makroiqtisadi sabitliyini dəstəkləyə bilər – ŞƏRH

Safi Arpaquş: İslam irsinin yeni nəsillərə ötürülməsi onların tarix və sivilizasiya ilə bağlarını gücləndirəcək

Emin Əmrullayev: Siniflərin 99 faizində şagird sıxlığı 40 nəfərdən aşağıdır

Yunanıstanda Qərbi Nil virusuna yoluxaraq ölənlərin sayı 30-a çatıb

2027-ci il üzrə bakalavriat təhsil səviyyəsi üçün “Qlobal Koreya” təqaüd proqramı elan edilir

İtaliya 2035-ci ilədək nüvə enerjisi istehsalını bərpa edə bilər

Süni intellekt yarışında iqtisadi fürsətlə milli təhlükəsizliyi necə balanslaşdırmalıyıq? - MÜSAHİBƏ

Naurızbay Taqanulı: Seyyid Yəhya Bakuvinin irsi cəmiyyətin saflaşması məktəbidir

Bu ilin 8 ayında qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin və psixotrop maddələrin dəyəri məlum olub

Emin Əmrullayev: “SABAH City” layihəsi tələbələri innovasiya mühitinə daha yaxından cəlb edəcək

Mərkəzi Bank BMT-nin İnkişaf Proqramının Dayanıqlı Sığorta Forumuna üzv qəbul olunub

Məhəmməd Əbdülsalam: Prezident İlham Əliyevin İslam alimlərinin irsinin yaşadılmasına göstərdiyi böyük diqqət məni heyran etdi

Kral III Çarlz süni intellekt şirkətlərinin rəhbərləri ilə görüşəcək

“Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 16 aprel tarixli 66 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 387 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

® “Azərbaycan Hava Yolları”nın Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub

Sosial təminat xidmətlərinin transformasiyasına dair beynəlxalq vebinar olub

Emin Əmrullayev: Şagird sayı az olan kənd məktəblərinin bağlanması məsələsinə baxırıq