PKK-nın ən önəmli şəxslərindən biri İraqda zərərsizləşdirilib
Bakı, 7 may, AZƏRTAC
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqda xüsusi əməliyyat keçirib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, axtarışda olan "Zerdeşt Karadeniz" kod adlı PKK terror təşkilatının xüsusi təyinatlı qrupuna aid Eyvaz Beyaz İraqın Dohuk-Gara bölgəsində zərərsizləşdirilib.
Qeyd edək ki, İnterpol tərəfindən qırmızı bülletenlə axtarılan və Daxili İşlər Nazirliyinin Terrorçu Axtarılanlar siyahısında boz kateqoriyada olan terrorçu Bəyazın təhlükəsizlik qüvvələrinin Zap bölgəsində başlatdığı əməliyyatlara qarşı təşkil edilən hərəkətlərdən məsul olduğu öyrənilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]