SİYASƏT
POLİS AKADEMİYASI VƏ DAXİLİ QOŞUNLARIN TƏDRİS MƏRKƏZİ İLƏ TANIŞLIQ
Sentyabrın 12-də dost və qardaş Türkiyənin Daxili İşlər Nazirliyinin baş əmniyyət müdiri Gökhan Aydınər və onu müşayiət edən şəxslər Arif Heydərov adına Polis Akademiyasını və Daxili Qoşunların Qalada yerləşən Tədris Mərkəzini ziyarət etmişlər. Onlar tədris ocaqlarının fəaliyyətini əks etdirən fotoguşəyə baxmış, zabitlərin ixtisasartırma və təkmilləşdirmə kursları, ayrı-ayrı sinif otaqları, yataqxana ilə yaxından tanış olmuş, burada yaradılmış şəraitdən razı qaldıqlarını bildirmiş və kadr hazırlığı sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulamışlar.