Polis Ermənistan hökumətinin binasını mühafizə altına alıb
Bakı, 25 aprel, AZƏRTAC
Ermənistan polisinin qüvvələri Yerevan hökumətinin binasını və sabiq baş nazir Serj Sarkisyanın başçılıq etdiyi hakim Respublika partiyasının mərkəzi ofisini mühafizə altına alıb.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, hökumət binasının və onunla üzbəüz yerləşən ofisin ətrafına polisin xüsusi texnikası yeridilib. Bu gün səhər Ermənistan müxalifət hərəkatının lideri Nikol Paşinyanın çağırışı ilə mövcud hakimiyyətə qarşı etiraz aksiyaları bərpa olunub, insanlar Yerevanın əsas yollarını bağlamağa başlayıblar.
Çərşənbə günü səhər saatlarında Paşinyanın Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Karen Karapetyanla danışıqları olmalı idi. Lakin danışıqlar baş tutmayıb.
Paşinyanın sözlərinə görə, nə qədər ki, hökumətə hakim Respublika partiyasının nümayəndələri başçılıq edir, ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinə imkan verməyəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [23:04]
Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]