POLŞA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB LEX KAÇİNSKİYƏ
Hörmətli cənab Prezident,
Polşa Respublikasının milli bayramı - Konstitusiya günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Ölkələrimiz arasındakı münasibətlərin hazırkı səviyyəsi böyük məmnunluq doğurur. Azərbaycan və Polşa bu gün həm ikitərəfli qaydada, həm də beynəlxalq qurumlar çərçivəsində uğurla əməkdaşlıq edirlər.
Əminəm ki, bu yaxınlarda ölkəmizə səfəriniz, apardığımız geniş fikir mübadiləsi və müzakirələr imzaladığmız Birgə bəyannamədə öz əksini tapmış niyyət və məramımızın həyata keçirilməsinə, dostluq və əməkdaşlığımızın hərtərəfli inkişafına yeni təkan verəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Polşa xalqına sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 26 aprel 2007-ci il.