Polyak rəssamının əsərləri yeni rekordlara imza atır
Varşava, 14 dekabr, AZƏRTAC
Polyak rəssamı Voytsex Fanqorun beş əsəri hərracda 1,6 milyon avroya satılıb. Bu, Polşanın bədii əsərlər bazarında yeni rekorddur.
AZƏRTAC xəbər verir ki, 1958-ci ildə çəkilmiş və “Kosmosun tədqiqi” adlandırılmış silsilə əsərlər rəssamın nəzərdə tutduğu kimi, bir əsər kimi satılıb. Onları Varşavada, nüfuzlu “Polswiss Art” hərrac evindən fərdi kolleksiyaçı alıb.
İki həftə əvvəl V.Fanqorun “M 39” adlı daha bir əsəri də rekord məbləğə - 4,7 milyon zlotıya satılıb.
Rəssamın tablolarına həndəsi formalar və parlaq rənglər səciyyəvidir. O, Nyu-Yorkdakı Quttenhaym Muzeyində fərdi sərgisi təşkil olunmuş ilk polyak rəssamıdır.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşav
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2026 [21:10]
Macarıstanda sənaye müəssisəsində partlayış olub, iki nəfər ölüb
- 26.08.2026 [20:28]
“MSC” şirkəti Novorossiysk limanına sifarişləri dayandırıb
- 26.08.2026 [20:00]
Avropada qazın qiyməti 5 faizədək azalıb
- 26.08.2026 [19:46]
Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq
- 26.08.2026 [19:22]
Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb VİDEO
- 26.08.2026 [18:18]