Portuqaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Anibal Kavaku Silvaya
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı - Portuqaliya günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə Portuqaliya arasındakı mövcud münasibətlərin, dostluq və əməkdaşlıq əlaqələrimizin inkişafı daim xalqlarımızın rifahına xidmət edəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Portuqaliya xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 23 may 2011-ci il.