Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

PREZİDENT HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANIN İQTİSADİ YÜKSƏLİŞİNƏ, XALQIMIZIN FİRAVANLIĞININ TƏMİN OLUNMASINA YÖNƏLDİLMİŞ SİYASƏTİNİN DAHA BİR BƏHRƏSİ

XAÇMAZDA “QAFQAZ“ KONSERV ZAVODUNUN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ

Sentyabrın 12-də Xaçmazda “Qafqaz” konserv zavodunun təntənəli açılışı mərasimi olmuşdur.

Azərbaycanın Baş naziri İlham Əliyev mərasimdə iştirak etmişdir.

Zavodun həyətinə toplaşan minlərlə rayon sakini, ictimaiyyətin nümayəndələri, müəssisənin işçiləri Baş naziri hərarətli alqışlarla, gül-çiçəklə qarşıladılar.

Zavodun binası üzərindən Azərbaycanın dövlət bayrağı, Prezident Heydər Əliyevin portretləri asılmışdı. Dövlətimizin başçısının daxili və xarici siyasətini dəstəkləyən sözlər yazılmış şüarlar diqqəti cəlb edirdi.

Müəssisənin açılışı münasibətilə qurban kəsildi. Baş nazir İlham Əliyev zavodun açılışını bildirən qırmızı lenti kəsdi, bu müəssisə ilə yaxından tanış oldu.

Məlumat verildi ki, Türkiyənin “Azərsun Holdinq” Şirkətlər Qrupu tərəfindən 14 milyon dollar sərmayə qoyularaq inşa olunan, Almaniya və İtaliyadan gətirilmiş ən müasir avadanlıqla təchiz edilən zavodda çalışan 200-ə yaxın işçinin 90 faizi Azərbaycan vətəndaşıdır. Gələcəkdə bu rəqəm 350-yə çatdırılacaqdır. Burada buraxılacaq müxtəlif növ konserv məhsulları yerli bazarı təmin etməklə yanaşı, xarici ölkələrə də ixrac olunacaqdır.

Baş nazir İlham Əliyev zavodun sexlərini gəzdi, istehsal prosesləri, məhsulun keyfiyyətini yoxlayan laboratoriyanın işi ilə tanış oldu.

X X X

Zavodla tanışlıqdan sonra Baş nazir İlham Əliyev türk iş adamları ilə görüşdü, onların problemləri ilə maraqlandı.

Dost ölkənin iş adamları ölkəmizdə onlara yaradılan şəraitdən razılıqla danışdılar, gələcəkdə özəl sektorun inkişafı naminə yeni istehsal müəssisələrinin yaradılacağını, sərmayələrin həcminin artırılacağını bildirdilər.

Baş nazir Azərbaycanda fəaliyyət göstərən bütün iş adamlarına dövlət və hökumət tərəfindən göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini vurğuladı.

X X X

Sonra zavodun istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirildi.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Əbülfəz Hüseynov, “Azərsun Holdinq” Şirkətlər Qrupunun prezidenti Abdulbari Gözəl, iqtisadi inkişaf naziri Fərhad Əliyev, zavodun işçisi Fərqanə Bayramova mərasimdə çıxış etdilər. Natiqlər İlham Əliyevi Baş nazir təyin olunması münasibətilə təbrik etdilər, müdrik dövlət xadimi Heydər Əliyevin siyasi xəttinin həyata keçirilməsində ona uğurlar arzuladılar.

Çıxış edənlər vurğuladılar ki, son illər respublikamızın hər bir guşəsində, o cümlədən Xaçmaz rayonunda böyük tikinti-quruculuq və abadlıq işləri aparılır. Yeni istehsal müəssisələri, sosial obyektlər, məktəblər, səhiyyə və mədəniyyət ocaqları istifadəyə verilir. Əhalinin yaşayış səviyyəsi get-gedə yaxşılaşır. Ölkə həyatının bütün sahələrində uğurlu islahatlar həyata keçirilir. Bütün bunlar yalnız və yalnız Prezident Heydər Əliyevin Azərbaycanın inkişafı naminə gərgin və fədakar əməyinin məntiqi yekunudur. Məhz onun müdrik xarici siyasəti nəticəsində Azərbaycan artıq dünya birliyində özünəməxsus yerini tutmuş, sabitliyin hökm sürdüyü, iqtisadiyyatı inkişaf edən ölkə kimi tanınmışdır. Ona görə də, dünyanın ən qabaqcıl ölkələrinin iri şirkətləri inamla respublikamıza sərmayə qoyurlar.

“Qafqaz” konserv zavodunun istifadəyə verilməsi də Prezident Heydər Əliyev tərəfindən respublikada sahibkarlığın inkişafına yaradılmış azad şəraitin bəhrəsi kimi qiymətləndirildi. Bildirildi ki, bu emal müəssisəsi rayon əhalisi üçün yeni iş yerləri açmaqla bərabər, bölgədə yetişdirilən bol tərəvəz məhsulundan səmərəli istifadə edilməsinə şərait yaradacaqdır.

Kənd təsərrüfatı rayonlarından olan Xaçmaz respublikamızın rəhbərinin diqqət və qayğısını daim hiss etmişdir. Heydər Əliyev 1981-1983 və 1998-ci illərdə bu rayonda olmuşdur və xaçmazlılar əziz Prezidentimizin buraya növbəti gəlişini böyük səbirsizliklə gözləyirlər.

Xaçmazda görülən işlər yüksək qiymətləndirildi və bildirildi ki, son bir ildə rayona 30 milyon ABŞ dolları həcmində xarici sərmayə qoyulmuşdur. “Qafqaz” konserv zavodunun da fəaliyyətə başlaması 1993-cü ildən etibarən ölkəmizdə həyata keçirilən müdrik sosial-iqtisadi inkişaf strategiyasının konkret bəhrəsidir.

Natiqlər daha sonra vurğuladılar ki, İlham Əliyevin son illərdəki fəaliyyəti təkcə Azərbaycan cəmiyyətində deyil, həm də beynəlxalq miqyasda diqqət mərkəzindədir. Milli Məclisin deputatı, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və Büro üzvü kimi çoxşaxəli fəaliyyəti ona xalq arasında böyük nüfuz və etimad qazandırmışdır.

Mərasimdə çıxış edənlər Prezident Heydər Əliyevin şəxsi təşəbbüsü sayəsində yerli və xarici iş adamları ilə keçirilmiş görüşləri, bunların yekunu olaraq çox əhəmiyyətli qərarlar qəbul edilməsini, rayonlarda sahibkarlığın inkişafına dövlət qayğısının nümunəsi kimi kənd təsərrüfatı məhsulları istehsalının vergilərdən azad olunmasını, regionlar üçün mənfəət vergisinin əhəmiyyətli dərəcədə azaldılmasını, dövlət təminatlı infrastruktur layihələrinin əsasən rayonlarda həyata keçirilməsini, mikrokreditlərin verilməsini də xatırlatdılar.

Belə bir məqam da vurğulandı ki, Baş nazir İlham Əliyevin Türkiyəyə işgüzar səfəri zamanı aparılmış səmərəli danışıqlar gələcəkdə türk iş adamları tərəfindən ölkəmizə sərmayə qoyuluşunun daha da artmasına təkan verəcəkdir. Bu isə yeni iş yerlərinin açılmasına və əhalinin sosial rifahının yaxşılaşmasına kömək olacaqdır.

Cəmiyyətdə baş verən prosesləri düzgün qiymətləndirməyi bacaran xaçmazlılar ölkədəki mövcud sabitliyin, inkişafın qədrini yaxşı bilirlər. 1992-93-cü illərin fəlakətlərini indi də xatırlayan xaçmazlılar o günlərin bir daha təkrarlanmaması, Azərbaycanın inkişaf yolu ilə uğurla irəliləməsi naminə qarşıdakı prezident seçkilərində fəal iştirak edəcəklərini, xalqımızın işıqlı gələcəyinə səs verəcəklərini bildirdilər.

X X X

Sonra Azərbaycanın Baş naziri İlham Əliyev çıxış etdi.

***

XALQ ARTİSTİ ARİF MƏLİKOVA

Hörmətli Arif Məlikov!

Sizi – Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətləri olan görkəmli bəstəkarı 70 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Siz xalqımızın yetirdiyi böyük sənətkarlar nəslinin gözəl və nəcib sənət ənənələrini ləyaqətlə davam etdirərək Azərbaycan müsiqi salnaməsinə parlaq səhifələr yazmısınız. Zəmanəmizin dahi bəstəkarı Qara Qarayev məktəbinin istedadlı yetirməsi və davamçısı olub, hələ gənc yaşlarınızdan bəstələdiyiniz əsərlərlə Siz musiqi həvəskarlarının dərin hörmət və sevgisini qazanmısınız. Milli musiqi mədəniyyətinin çoxəsrlik tarixə malik bünövrəsi üzərində yüksələn sənətkar kimi mahir professionallıqla simfoniya, balet, operetta, kantata, vokal, kamera və digər janrlarda yaratdığınız bu nümunələr Azərbaycan musiqi xəzinəsinin qiymətli inciləri sırasına əbədi daxil olmuşdur. Bəşəri idealları özündə əks etdirən, zamanın yüksək sənət qarşısında qoyduğu tələblərə layiqincə cavab verən musiqi əsərləriniz dünyanın ən məşhur teatrlarında səhnə təcəssümünü tapmışdır.

Bir çox görkəmli sənətkarlar kimi Siz də musiqi yaradıcılığınızla yanaşı, pedaqoji fəaliyyəti uğurla həyata keçirirsiniz. Bakı Musiqi Akademiyasının professoru və bəstəkarlıq kafedrasının müdiri kimi öz zəngin təcrübənizdən bəhrələnərək yeni gənc bəstəkarlar nəslinin yetişdirilməsində indi də əvəzsiz xidmətlər göstərirsiniz.

Doğma Azərbaycanın üzləşdiyi ən ağır sınaq günlərində nümayiş etdirdiyiniz vətəndaşlıq mövqeyi Sizə xalq arasında böyük hörmət və rəğbət qazandırmışdır.

Yarım əsrlik bir dövrü əhatə edən səmərəli və məhsuldar yaradıcılıq yolunuz bəstəkar kimi xalqa sədaqətlə xidmətin, musiqi sənətinə sonsuz bağlılığın nümunəsinə çevrilmişdir. Sizin yaradıcılığınız dəfələrlə yüksək mükafatlara layiq görülmüşdür. Ən ali mükafatınız isə, heç şübhəsiz, fitri istedad və musiqi sənəti ənənələrinə sədaqətiniz sayəsində qazandığınız dünya şöhrətidir.

İnanıram ki, geniş yaradıcılıq potensialına malik bir bəstəkar və pedaqoq olaraq Siz bundan sonra da Azərbaycan musiqi mədəniyyətinin inkişafı, ölkəmizdə gənc sənətkarların hazırlanması üçün bilik və bacarığınızı əsirgəməyəcəksiniz.

Sizə cansağlığı, xoşbəxtlik və yaradıcılıq uğurları arzulayıram.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

12 sentyabr 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Birgə Bəyannamə Azərbaycan-Çin əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyinin təsdiqidir - RƏY

Ermənistan ABŞ-la birlikdə yeni AES tikməyi planlaşdırır

Azərbaycan-İsrail Məzunları Assosiasiyasının təqdimat mərasimi keçirilib

Azərbaycan və İraqın hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlığın aparılmasının vacibliyi müzakirə edilib

Politoloq: Azərbaycanın ŞƏT ilə münasibətləri xalqımızın və dövlətimizin maraqlarına xidmət edir

Tokayev: ŞƏT ölkələrinin xarici ticarət dövriyyəsi 8 trilyon dolları ötüb

Belarus nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub

Bu il BDU-nun “SABAH” qruplarını 244 məzun bitirir

® “Rabitəbank” yeni konseptli Lənkəran filialının açılışını etdi

Ağstafa Gənclər evinə mediatur təşkil edilib

“Yüksəliş” müsabiqəsinin İşçi Qrupu qiymətləndirmə prosesində iştirak edəcək ekspertlər üçün təlimlərə başlayıb

ADU-da Şeyx Zayed adına Ərəb dili auditoriyası açılıb

Azərbaycanda zoonoz xəstəliklərlə mübarizəyə həsr olunmuş beynəlxalq tədbir başa çatıb

Prokurorluq: MTK-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb

Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Prezident İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb

Fransızların yarısı seçkilərdə Le Penin partiyasının qalib gəlməsini istəyir

“Gasgoo” nəşri: “BYD” konqlomeratı Azərbaycana elektrik avtobusları tədarük edəcək

Türkiyənin antik tarixi – Likya, Kariya, Pisidia

“Araz-Naxçıvan”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki potensial rəqibləri müəyyənləşib

Fövqəladə Hallar Nazirliyində COP29-la bağlı qərargah yaradılıb

"İTi Zəka-2" hakatonunun mükafatlandırma mərasimi keçirilib

Hava şəraiti ilə əlaqədar olaraq ölkə üzrə yanğın indeksi açıqlanıb

AMADA Türkiyənin antidopinq qurumları ilə əməkdaşlığı genişləndirir

Ekologiya və Təbii Sərvətlər Nazirliyində qanvermə aksiyası keçirilib

BMT Cenevrə Ofisinin rəhbəri Azərbaycana səfər edib

UNEC magistraturaya qəbul olanlara müraciət edib

Konstitusiya Məhkəməsində İraq Respublikasının Ali Məhkəmə Şurasının nümayəndə heyəti ilə görüş keçirilib

Gənc Avropa səfirləri Bakıda süni intellektdən istifadəyə dair təlim keçiblər

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları Moskvada uşaq evində olublar VİDEO

Azərbaycan Prezidenti: COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik

Antonio Quterreş: ŞƏT dünyanın ən böyük regional təşkilatıdır

Azərbaycanda keçirilən yaşıl iqtisadiyyatla bağlı konfrans İordaniya mətbuatının diqqət mərkəzində olub

Prezident İlham Əliyev: Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır

Prezident: Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT arasında əməkdaşlığın vacib sahəsini təşkil edir

Heydər Əliyev Beynəlxalq Aeroportu “ACI EUROPE 2024” İllik Konqresi və Baş Assambleyasında iştirak edib

Milli Depozit Mərkəzi ikinci rübdə 1 milyard manatdan çox ödəniş həyata keçirib

Astanada “ŞƏT plyus” formatında görüş keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edib  YENİLƏNİB-3 VİDEO

Yenidən təmir olunan Ağstafa peyntbol və atıcılıq mərkəzi fəaliyyətini genişləndirir

“Vikipediya”nın gürcü dili bölməsində azərbaycanəsilli istifadəçilərin fəallığı artır

Bölgələrdəki günərzi qayğı mərkəzlərində 900-dən çox uşağa xidmətlər göstərilir

® “Caspian Energy Club Czechia” aktiv fəaliyyətini davam etdirir

“Araz-Naxçıvan”ın kapitanı püşkatma barədə danışıb

Ersin Tatar: ŞKTR-i dəstəklədiyinə görə Prezident İlham Əliyevə minnətdaram

Azərbaycanda Çili ədəbiyyatına məxsus pyesin təqdimatı keçirilib

AQTİ sahibkarlar üçün infotur təşkil edib

Naxçıvan boksçusu Yakutiyada medal qazanıb

Azərbaycan dili fənni üzrə test imtahanının nəticələri elan olunub

Fransada seçkilərin növbəti turundan sonra potensial iğtişaşların qarşısının alınmasına daha çox polis əməkdaşı cəlb olunacaq

Coğrafiya İnstitutunun iştirakı ilə Almaniyada geoparklarla bağlı beynəlxalq seminar keçirilib

Avtomobil Yolları Dövlət Agentliyinin “Çağrı mərkəzi”nə iyun ayında 504 zəng daxil olub

Çempionlar Liqası: “Araz-Naxçıvan”ın rəqibləri bəlli olub

Türkiyəli ekspert: Bakı ilə İrəvan arasında sülh Cənubi Qafqazın qlobal nüfuzunu artıracaq

Azərbaycan Ordusunda taktiki-xüsusi təlim keçirilir

Qardabani Təhsil və İnteqrasiya Mərkəzi tədris ilini uğurla başa vurub

“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun Şuşada işgüzar görüşü keçirilib

Tbilisidəki Mtastminda parkında yanğın baş verib

Diaspor Gənclərinin 5-ci Yay Düşərgəsinə müraciətlərin sayı rekord həddə çatıb

Astanada “ŞƏT Plyus” görüşü keçirilir

® “Kapital Bank”ın dəstəyi ilə keçirilən “My Technology” müsabiqəsi başa çatıb

Monitorinq aparılan 19 kartofçuluq təsərrüfatında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb

Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin növbəti uğuru

Ağsu və Kürdəmirdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq

İmişli şəhər tullantı poliqonunda tullantıların yandırılması faktı aşkarlanıb

ŞƏT-in Zirvə toplantısına növbəti dəvət Prezident İlham Əliyevin nüfuzunun göstəricisidir - ŞƏRH

Ölkəmizdə ilk dəfə “İFest” - innovasiya və texnologiya festivalı keçiriləcək

“Magellanın dövri-aləm səyahəti” romanı almancadan ana dilimizə tərcümə olunub

Prezident İlham Əliyevin ŞƏT-in Zirvə toplantısı çərçivəsində keçirdiyi görüşlər dünya mediasının diqqət mərkəzində olub

“Kəpəz” klubu icarə əsasında oynayan futbolçunu birdəfəlik transfer edib

Ali Məhkəmədə İraq Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib VİDEO

Zaqatalada maşın aşıb, 6 nəfər xəsarət alıb VİDEO

Qazaxıstan Milli Muzeyinin nümayəndə heyəti Elmi Bərpa Mərkəzində olub

Fransada parlament seçkilərinin ikinci turu üçün 30 min polis və jandarma səfərbər ediləcək

Belarus nümayəndə heyəti DOST Agentliyində olub

Tanınmış yazıçı-publisist Kamil Əfsəroğlunun yeni kitabı çap olunub

Şimali Makedoniya Prezidenti COP29-da iştiraka dəvət olunub

“General Motors” konserni 145,8 milyon dollar cərimələnib

“Gəncə”dən ayrılan voleybolçu Rusiya klubuna keçib

Bakı Ali Neft Məktəbinin tələbələri ölkəmizi Londonda təmsil edəcəklər

Bakıda “Kənddən şəhərə” həftəsonu yarmarkası keçiriləcək

İstanbulda miqrant qaçaqçılığı ilə məşğul olan 76 nəfər həbs edilib

Rumıniyada prezident və parlament seçkilərinin vaxtı dəqiqləşib

İkinci rübdə Energetika Nazirliyi tərəfindən 51 icazə verilib

Torpaq sürüşmələrinin artmasında leysan xarakterli yağışların tez-tez təkrarlanması ciddi rol oynayıb

Mərkəzi Bank “PashaPay”a elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək üçün lisenziya verib

Zelenski Ukraynanın yeni əks-hücuma başlamasının şərtini açıqlayıb

Baş Prokurorluq: Yasamal rayonunda söküntü işlərinin aparılması ilə bağlı araşdırma aparılır

Turizm və Menecment Universitetində “Məzun günü” keçirilib

Fransa Superkuboku uğrunda keçirilməli olan oyun təxirə salınıb

Prezident İlham Əliyev ŞƏT-in Zirvə toplantısının iştirakçılarının şərəfinə verilən rəsmi ziyafətdə iştirak edib

Paytaxtın Səbail rayonunda 2 küçənin təmiri yekunlaşıb VİDEO

Aİ Çin elektromobillərinə əlavə idxal rüsumları tətbiq edib

Beynəlxalq konfransda Azərbaycanda meşə ilə örtülü ərazilərin artırılması istiqamətində görülən işlərlə bağlı məlumat verilib

Naxçıvanlı papaqçı: İnsanların 20 il əvvəlki zövqü ilə bugünkü arasında yerlə göy qədər fərq var

Leyboristlər Partiyasının lideri parlament seçkilərində səs verib VİDEO

NBA-da oynamış basketbolçu “Sabah”a keçib

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək gənc cüdoçular məlum olub

Qızlar təhsildə: problemin kökləri və həll yolları – ARAŞDIRMA

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı üçün vacib ölkədir – RƏY

Çin və Laos orduları bu ay birgə təlimlərə başlayacaq