Prezident İlham Əliyev Asiya İnkişaf Bankının vitse-prezidentini qəbul etmişdir
Bakı, 18 mart (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Asiya İnkişaf Bankının vitse-prezidenti Ksiao Jaonu qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında həyata keçirilən uğurlu layihələrin önəmi vurğulandı, əməkdaşlığımızın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.