Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini qəbul etmişdir

Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini qəbul etmişdir

Bakı, 20 iyul (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı qonaqlara müraciətlə dedi:

- Sizi görməyimə çox şadam, Azərbaycana xoş gəlmisiniz. Çox şadam ki, ölkəmizə səfər edirsiniz. Bu, həmçinin münasibətlərimizə aid ciddi məsələləri müzakirə etmək fürsətidir. Ümumiyyətlə, biz çox məmnunuq ki, Azərbaycan ilə Avropa strukturları arasında olan münasibətlər inkişaf edir. Bu münasibətlərin uzun tarixi var. On ildən çoxdur ki, Azərbaycan Avropa Şurasının üzvüdür, özü də fəal üzvüdür. Bildiyiniz kimi, biz Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramında iştirak edirik. Avropa İttifaqının təsisatları ilə Azərbaycan arasında olan təmaslar çox dinamikdir.

Bu ilin əvvəlində sədr Barrozunun Azərbaycana çox uğurlu səfəri baş tutdu. Biz olduqca mühüm sənədə imza atdıq. Ötən ay mən Brüsselə səfər etdim və Avropa Komissiyasının sədri Barrozu, Avropa İttifaqının sədri Van Rompey və Avropa Parlamentinin sədri Buzeklə görüşlərim oldu. Bu, görülmüş işləri bir daha nəzərdən keçirmək imkanı yaratdı və ən vacibi isə o idi ki, gələcək üçün məqsədlər müəyyən edildi.

Çox şadam ki, bu gün Avropanın əsas siyasi partiyalarının nümayəndələri qonaqlarımız arasındadır. Bu, əməkdaşlığın yaxşı formatıdır. Azərbaycan ilə Avropa təsisatları arasında əməkdaşlıq müxtəlif formatlarda inkişaf edir. Əminəm ki, gələn illər ərzində olduqca mühüm nailiyyətlər əldə ediləcəkdir.

Sizin səfəriniz həm də Azərbaycanı daha yaxşı tanımaq, ölkəni real şəkildə görmək üçün çox yaxşı fürsətdir. Çünki hər hansı nəticəyə gəlmək üçün həmişə şəxsi təəssüratlara arxalanmaq ən münasib yoldur.

Azərbaycan müstəqillik baxımından gənc ölkədir, cəmi 20 ildir ki, biz müstəqilik. Lakin bu ölkənin böyük tarixi və adət-ənənələri vardır. Müxtəlif tarixi mərhələlərdə biz digər ölkələrin və imperiyaların hissəsi olmuşuq. Yalnız 20 il öncə biz müstəqilliyimizi əldə etmişik. Həmin illər dünyəvi, demokratik və inkişaf etmiş ölkənin qurulmasında çox mühüm olmuşdur. İyirmi il uzun dövr deyil, lakin həmin vaxt ərzində əsas çətinliklərin aradan qaldırılmasına nail olduq.

Müstəqilliyimizin ilk illərində vətəndaş müharibəsi, Ermənistanın işğalı ilə üzləşdik. Eyni zamanda, biz siyasi sistemi və demokratik təsisatları qura bildik, bir sıra Avropa təsisatlarına qəbul olunduq, region ölkələri ilə güclü əlaqələr qurduq və çox perspektivli iqtisadi inkişafa nail olduq.

Son 7 il bizim üçün çox uğurlu olub, iqtisadiyyatımız 3 dəfə artıbdır. Azərbaycan BMT-nin İnsan İnkişafı İndeksində ən sürətli artıma nail oldu. Bu, ən sürətli inkişaf tempi idi.

Əlbəttə ki, biz bütün Avropa təsisatları ilə əlaqələrimizi siyasi partiyalar formatında, Avropa Parlamenti-Azərbaycan, Avropa Şurası- Azərbaycan səviyyəsində inkişaf etdirməliyik. Həmçinin, insanlar arasında da təmasları daha sıx etməliyik. Çünki biz özümüzü hələ də təqdim etməyə ehtiyac duyuruq. Bizi Avropanın ictimai rəyində o qədər tanımırlar. Bu, obyektiv səbəblərlə bağlıdır. İyirmi il o qədər də uzun dövr deyil. Buna görə bizə vaxt lazımdır.

Biz avropalı qonaqlarımızı Azərbaycana səfərə dəvət etməkdə olduqca maraqlıyıq. Burada nəinki paytaxt şəhərlə, həm də rayonlarla da tanışlıq, eləcə də uzunmüddətli tərəfdaşlıq münasibətlərinin qurulması nəzərdə tutulur. Avropa ölkələri ilə ikitərəfli əlaqələrimizə gəldikdə bizim çox yaxşı nailiyyətlərimiz var. Avropa İttifaqına üzv olan bütün ölkələrlə, demək olar ki, güclü siyasi və iqtisadi münasibətlərimiz var. Bu da çox əhəmiyyətlidir.

NATO-nun tərəfdaşı kimi, Azərbaycan nəinki öz hərbçiləri ilə, o cümlədən daşıma marşrutları ilə Əfqanıstanda sülhməramlı əməliyyatlara töhfə verir. NATO üçün daşımaların dörddəbir hissəsindən çoxu Azərbaycan vasitəsilə həyata keçirilir. Bu, ilk növbədə bizim məramımızı nümayiş etdirir, ikincisi isə, Azərbaycan ilə Avratlantik təsisatları arasında münasibətlərin göstəricisidir.

X X X

Avropa Şurası Parlament Assambleyasında Avropa Xalq Partiyasının sədri, prosedur qaydaları, toxunulmazlıq və təsisat məsələləri, monitorinq, sosial, səhiyyə və ailə məsələləri komitələrinin üzvü Luka VOLONTE təmsil etdiyi partiyanın Azərbaycanla əməkdaşlığına toxunaraq dedi:

- Siz Avropa Xalq Partiyasının sədri cənab Martenslə görüşmüsünüz. Yeni Azərbaycan Partiyası ilə Avropa Xalq Partiyası arasında sıx dostluq münasibətlərinin qurulması arzusu vardır. Avropa Şurasında apardığımız iş göstərir ki, birgə işləmək mümkündür. Xristian Demokrat Partiyası və bir sıra digər partiyalar əməkdaşlıq etmək fikrindədir, çünki bizim insan hüquqları, ailə dəyərləri, azad cəmiyyət, liberal iqtisadiyyat kimi mühüm meyarları müdafiə və təşviq etməkdə maraqlarımız eynidir. Təbii ki, biz cənab Martensə təklif edə bilərik ki, Avropa Xalq Partiyası ilə Avropadan kənarda fəaliyyət göstərən siyasi partiyalar arasında güclü dostluq əlaqələri yaratmaq imkanını dəyərləndirsin.

Prezident İlham ƏLİYEV Azərbaycanda həyata keçirilən siyasi, sosial-iqtisadi islahatlardan danışaraq dedi:

- Əminəm ki, həyata keçirdiyimiz istər siyasi, istərsə də iqtisadi islahatlar artıq uğurlu inkişafa aparmaqdadır. Azərbaycanda siyasi və iqtisadi islahatlar paralel şəkildə həyata keçirilir. Əminəm ki, Avropa Şurasına üzvlüyümüz siyasi sistemimizin meyarlarını Avropa İttifaqına üzv olan və uzun demokratiya ənənələri tarixi ilə seçilən dövlətlərdə olan meyarlara daha da yaxınlaşdırmaqda bizə çox yardım etdi. Əslində, bu, bizim məqsədimizdir.

Dövlət başçısı Azərbaycanda qəbul edilən qanunların ölkədə yeni siyasi mühit yaratdığını bildirdi. Prezident İlham Əliyev ölkədə mətbuat azadlığının və İnternetə azad çıxışın təmin olunduğunu, İnternet istifadəçilərinin əhalinin 50 faizini təşkil etdiyini dedi. Siyasi və demokratik inkişafın Azərbaycan qarşısında duran əsas prioritetlərdən biri olduğunu deyən dövlət başçısı genişmiqyaslı uğurlu siyasi islahatların aparıldığını xatırlatdı. Prezident İlham Əliyev Azərbaycanda əsas azadlıqların tam təmin olunduğunu, bütün millətlərin və dinlərin nümayəndələrinin azad şəraitdə yaşadıqlarını vurğuladı.

Dövlət başçısı daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edərək dedi:

- Dağlıq Qarabağ münaqişəsinin uzun tarixi vardır. Bu, nəinki Azərbaycan üçün, bütövlükdə region üçün əsas problemdir. Əslində, bu münaqişə Sovet İttifaqının son illərində başladı. Müstəqilliyimiz belə bir ağır və qanlı münaqişə ilə çətinləşdi və bu, Azərbaycan ərazilərinin 20 faizinin işğalı ilə nəticələndi. Azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti nəticəsində bizim 1 milyon qaçqın və məcburi köçkünümüz vardır. Dağlıq Qarabağ tamamilə monoetnik struktura çevrilib, orada bir nəfər də azərbaycanlı qalmayıbdır. Münaqişədən əvvəl isə orada əhalinin 25 faizini azərbaycanlılar təşkil edirdi. Onların hamısı qovulub, Dağlıq Qarabağın heç vaxt hissəsi olmayan və ermənilərin heç vaxt yaşamadıqları ətrafdakı yeddi rayondan təxminən 700 min azərbaycanlı didərgin düşübdür.

Bu il ATƏT-in missiyası həmin yerlərə aid qiymətləndirmə hesabatı hazırlayıbdır. Həmin missiya işğal olunan ərazilərə səfər edib və hər şeyin - binalarımızın, qəbiristanlıqlarımızın, məscidlərimizin viran qoyulduğunu qeyd edibdir. Orada həyat yoxdur. Beynəlxalq təşkilatlar qərar və qətnamələr qəbul edibdir. Ən ali beynəlxalq orqan - BMT-nin Təhlükəsizlik Şurası erməni qüvvələrinin çıxarılmasını tələb edən 4 qətnamə qəbul edibdir. Avropa Şurası da 2005-ci ildə qətnamə qəbul edib, Avropa Parlamentinin və ATƏT-in qərarları olubdur. Lakin məsələ hələ də həll edilməyibdir.

Əsas səbəb isə odur ki, Ermənistan status-kvonu daim saxlamaq istəyir. Onlar işğal edilən ərazilərdən çəkilmək istəmirlər və danışıqlar prosesi zamanı Dağlıq Qarabağ üçün müstəqillik əldə etməyə çalışırlar. Lakin Dağlıq Qarabağ tarixən heç vaxt Ermənistanın hissəsi olmayıb. İkincisi, o, Azərbaycanın mərkəzində yerləşir. Hazırda ora nəzarətsiz bir ərazidir. Vasitəçilər və Azərbaycanın təkliflərinə gəldikdə, bu, güzəştlərə əsaslanan ədalətli yanaşmadır. Bunun nəticəsində Dağlıq Qarabağda yaşayanlara yüksək özünüidarə statusu verilə bilər və eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü bərpa olunar. Ümidvarıq ki, Ermənistan bu səslərə, xüsusən də ən qüdrətli dövlətlərin liderlərinin status-kvonun qəbuledilməz olması haqqında çağırışlarına qulaq asacaqdır.

X X X

Sonra görüşdə Avropa Şurası Parlament Assambleyasının nümayəndələri ilə fikir mübadiləsi aparıldı.

 

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər